Sizin reklam burada

Vaşye-Laqravın fikrincə, FİDE Rəcəbova güzəşt etməyəcək

Baxış Sayı:290


Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçıların turniri martın 26-da yarımçıq dayandırıldı. Teymur Rəcəbovu əvəzləyən Maksim Vaşye-Laqrav 7 turdan sonra rusiyalı Yan Nepomnyaşi ilə hərəyə 4 xalla ilk iki pilləni bölüşürlər. Fransalı qrossmeyster "Ruchess" nəşrinə müsahibəsində FİDE-nin bu məsələdə yığmamızın üzvünə güzəştə getməyəcəyini söyləyib: "Teymur Rəcəbov digər oyunçularla məsləhətləşmədən, çox tez geri çəkildi. İndi məhkəməyə müraciət etmək onun istəyinə bağlıdı. FİDE istəsə belə, onu bərpa edə bilməz. Turnirin qaydaları startdan öncə müəyyənləşdirilib. Bu üzdən yenə eyni iştirakçılar və qazanılan xallarla başlamaq məcburiyyətində qalacağıq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR