Sizin reklam burada

“Milliyət” yazdı, “Futbol+” araşdırdı

Baxış Sayı:406


Prosineçki: “AFFA-dan və ya Azərbaycandan ...”
Karantin dövrü sona yaxınlaşdıqca yığmanın baş məşqçi postu ilə bağlı ehtimal nəzəriyyəsi “çiçəklənməyə” başlayıb. Pandemiyaya qədər onlarla məşqçinin adı namizəd göstərilirdisə, indi də Robert Prosineçki gündəmə gəlib.
Türkiyənin “Milliyət” nəşri xorvat çalışdırıcının Azərbaycan yığması ilə danışıqlara başlaması xəbərini yayıb. Daha doğrusu, AFFA rəsmilərinin Abdulla Avcı ilə danışıqları müsbət nəticələnmədiyinə görə yenidən vaxtilə yığmamızı çalışdırmış məşqçi ilə müzakirələrə start verməsi əks olunub. Xəbərdə o da vurğulanıb ki, hazırda Prosineçkinin çalışdırdığı “Kayserispor”da maddi durum yaxşı deyil deyə, baş məşqçi komandadan ayrılmaqda maraqlıdı.
Təbii, mətbuatın xəbər yayması əsl həqiqət demək deyil. Bəzən əldə edib sizə çatdırdığımız məlumatlar özünü təsdiqləmir. Odu ki, “Milliyət”in xəbərinin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün səbəbkarın özü ilə əlaqə saxladıq: “Sözün düzü, bu dəqiqə ancaq və ancaq koronavirus təhlükəsinin aradan qalxacağı zamanı gözləyirik. Hazırda “Kayserispor”un başındayam və hədəfimiz superliqada qalmaqdı. Ona görə də hazırkı an üçün başqa heç nə haqda düşünmürəm. O ki qaldı sualınıza konkret cavaba, bu günə qədər AFFA-dan və ya Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb. Yəni yenidən yığmanı çalışdıracağımla bağlı yazılanlar bu gün üçün aktual deyil. Çünki hazırda bir işin başındayam. Gələcəkdə ola bilərmi? Gələcəkdə nə olacağını nə siz deyə bilərsiz, nə də mən. Yenə deyirəm, AFFA-dan heç kim mənimlə əlaqə saxlamayıb”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR