“AAAF Holdinq”in və “Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov yeni yarışın anonsunu verib. Astaradakı idman zalına baş çəkən Heydərov “feysbuk” hesabında bunları paylaşıb: “8-ci “Zirvə” Beynəlxalq Uşaq Oyunlarına Allahın köməyi ilə mayın 10-da start veriləcək. İlk olaraq aletika, basketbol, gimnastika, atıçılıq, karate (kata) və bir neçə idman növü üzrə yarışlarımız baş tutacaq. Hakim və mütəxəssizlərimiz idmançılarımızın yaşadığı ünvanda onların yarışlara qoşulmalarına şərait yararadacaqlar. İlk müraciətlərdən hiss olunur ki, yarışlarda iştirakçı sayı daha çox olacaq. Klublarımızın başqa dövlətlərdə olan üzvlərinin də yarışa qoşulması uşaqlarımızda böyük ruh yüksəkliyinə səbəb olacaq. Ötən il yarışa qatılan 300-ə yaxın idmançını və evdə qalan bütün həvəskarları iştiraka dəvət edirəm”.