Sizin reklam burada

Raufla Eltacın yolunu Zeynəb davam etdirəcək

Baxış Sayı:346


Rauf Məmmədovdan sonra şahmat yığmamızın digər üzvü Eltac Səfərli də gənclər və yeniyetmələr üçün internet üzərindən onlayn seans keçirib. Qrossmeyster bu gün, öncədən planlaşdırıldığı kimi, qeydiyyatdan keçən 20 nəfərlə oynayıb. Eltac bir neçə gün öncə onlayn şahmat üzrə ilk Azərbaycan Kubokunun qalibi olub.
Bu trendə qadınlardan ibarət yığmamızın üzvü Zeynəb Məmmədyarova da qoşulmağı qərara alıb. Xanım qrossmeyster aprelin 23-də, saat 15.00-da 20 yeniyetmə və gənc şahmatçı üçün onlayn senas təşkil edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR