Sizin reklam burada

“Şərtlərimizlə razılaşsalar, möhtəşəm “Qran-pri” keçirə bilərik”

Baxış Sayı:270


Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin rəhbəri Arif Rəhimov “Forbes”ə açıqlama verib. Qurum rəsmisi iyunda keçirilməsi planlaşdırılan, amma məlum səbəblərdən təxirə salınan “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin yeni tarixinin hələ müəyyənləşmədiyini bildirib: “Formula-1” ilə razılığa gəlmişik ki, bizdən əvvəlki yarışın ləğv olunmaq təhlükəsi yaranarsa, bizim yarışın yeni tarixini təsdiqləyək. Şərtlərimizlə razılaşsalar, onda inanıram ki, bilet satışına heç bir mənfi təsir göstərmədən möhtəşəm “Qran-pri” keçirə bilərik. Yəqin ki, “Formula-1” təqvimində bu il az yarış olacaq. Bu isə o deməkdi ki, azarkeşlər öz ölkələrindəki turnir ləğv olunsa, yaxınlıqdakı ölkədə təşkil olunacaq yarışa baxmaq üçün səfər etmək istəyəcək. Ümid edirəm ki, koronavirusu məğlub edəcəyik. Lakin bu, sosial zərbə ola bilər. İnsanlar bundan sonra da ictimai yerdə toplaşmaqdan çəkinəcəklər. Bundan başqa, gözlənilən iqtisadi geriləmə adətən əyləncələrə və turnirlərə xərclənən gəlirlərin azalması demək olacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR