Sizin reklam burada

Bizimkiləri çempion elan etdilər

Baxış Sayı:241


İndoneziya Voleybol Federasiyası mövsümlə bağlı yekun qərarını verib. Qurum çempionatı davam etdirməyə lüzum görməyib və bu üzdən mükafatçıları pley-off mübarizəsi baş tutmadan açıqlayıb. Nəticədə Ziya Rəcəbovun çalışdırdığı qadınlardan ibarət “Cakarta”nın çempionluğu rəsmiləşib. Gənc mütəxəssislə yanaşı, rəhbərliyi altında oynayan yığmamızın üzvləri Natalya Məmmədova və Odina Əliyeva da İndoneziya çempionu olublar. Odina həmçinin birinci mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçusu seçilib. Adı çəkilənlər məlum səbəblərdən hələ də İndoneziyadadılar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR