Sizin reklam burada

Vitse-prezident ərzaq paylayıb

Baxış Sayı:300


Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da yardım kampaniyasına qoşulub. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan mütəxəssis koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olub. Umudov “Gənc könüllülər”lə birgə Qazax rayonlararası Gözdən Əlillər Cəmiyyətinin 69 üzvünə, Yuxarı Əskipara kəndindən məcburi köçkün olan 32 ailəyə, həmçinin 100-ə yaxın maddi dəstəyə ehtiyacı olan aztəminatlı ailəyə ərzaq məhsulları paylayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR