Koronavirus pandemiyasına görə daha bir yarış vaxtında baş tutmayacaq. Söhbət triatlon üzrə Avropa çempionatından gedir. Avropa Triatlon İttifaqı iyulun 2-5-i aralığında Estoniyanın Tartu şəhərində keçirilməli olan turniri təxirə salıb. Yığma üzvlərinin də qatılacağı AÇ-nin nə vaxt təşkil olunacağına məhdudiyyətlər aradan qaldırılandan sonra aydınlıq gələcək. Orta məsafələrə triatlon, akvatlon və akvabayk üzrə qitə çempionatı da, öncədən nəzərdə tutulduğu kumi, iyulun 25-28-də Avstriyanın Valxzee şəhərində keçirilməyəcək.