Sizin reklam burada

FİDE-nin prezidenti Rəcəbovu yada salmadı

Baxış Sayı:267


“Mümkün variantlar, planlar var”
Koronavirusun sürətlə yayılaraq faciəvi həddə çatdığı bir vaxtda top-turnir keçirməyə cəhd edən sonuncu böyük idman qurumu FİDE oldu. Yekaterinburqda təşkil olunan İddiaçıların turniri birinci dövrədən sonra dayandırıldı. FİDE-nin prezidenti Arkadi Dvorkoviç Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bu və başqa məsələlərə toxunub. Qurum rəhbəri yenə addımlarına haqq qazandırıb və təəssüf ki, yarışdan imtina edən Teymur Rəcəbov haqda heç nə deməyib. Nədənsə, həmkarımız da bu məsələnin üstündən keçib, Dvorkoviçi “divara sıxmayıb”. Böyük müsahibədən bizi maraqlandıran hissələrlə tanış olun.
* Qətiyyən təəssüflənmirəm. Biz hər şeyi bilərək etdik. Mən şəxsən start ərəfəsində bütün məqamları götür-qoy etdim. Söhbət ilk növbədə şahmat həvəskarlarının marağından gedir. Böyük bir kütlə həsrətlə bu yarışın başlamasını gözləyirdi. Və mən əmin idim ki, iştirakçıların və turnirə cəlb olunan şəxslərin tibbi təhlükəsizliyini təmin edəcəyik. Bu çox vacib amil idi. Sonra vacib olan çempionluq tsiklini pozmamaq idi. İştirakçılar üçün bərabər şərtlərin yaradılması da vacib məqamlardandı. Məsələn, Dinq Liren ikihəftəlik karantin keçmək üçün martın 1-dən Rusiyada idi. Bu da geriyə addım atmamaq üçün vacib məqamdı. Onun iştirakını təmin edə bilməsəydik – qərar fevralın sonunda qəbul olundu – fikrimcə, yarışın təşkili böyük sual altında olardı. İştirakını təsdiqləyənlərin yekun siyahısı starta 10 gün qalmış formalaşdı. Və həmin vaxt bizim turniri təxirə salmaq üçün ciddi əsasımız yox idi.
* Bəzi oyunçular yarışın gedişində şikayət edirdilər? Gəlin ondan başlayaq ki, rəsmən şikayət edən olmayıb. Amma biz istənilən müraciətə cavab verir, bir çox məsələlərlə bağlı oyunçulara doğru addım atır, komfortlu ab-hava yaratmaq üçün kiçik nüansları belə nəzərə alırdıq. İstənilən halda bütün iştirakçı-şahmatçılar peşəkardı.
* İddiaçıların turniri kütləvi yarış sayılmır. Cəmi 8 nəfər iştirak edir. Bu üzdən Rusiya hökumətinin qadağalarının məhz bu yarışa aidiyyatı yox idi. Biz hər gün dövlət strukturları ilə turnirin taleyi ilə bağlı məsləhətləşirdik və onlardan müsbət cavab alırdıq. Start ərəfəsində, texniki görüşdə bütün iştirakçılara dəqiq deyildi: yarışın dayandırılmasına ancaq ciddi, kritik əsaslar səbəb ola bilər. Federal və ya regional rəhbərliyin qərarı. Həmçinin deyildi ki, dayandırılma ilə bağlı qərarı ancaq mən qəbul edəcəm.
* Mümkün variantlar, planlar var. A planı, yəni xoş ssenari ikinci dövrəni avqust-sentyabrda keçirməkdi. Əksər ekspertlərin fikrincə, bu real ssenaridi. Onlar düşünür ki, həmin vaxt normal həyata qayıtmaq mümkün olacaq. Bu tarix qalibə tac uğrunda görüşə hazırlaşmaq üçün 3 ay vaxt da qazandıracaq. Xoşagəlməz ssenari isə bütün tsiklin “sürüşdürülməsidi”. Hələ ki biz hadisələrin birinci varinat üzrə inkişaf edəcəyini düşünürük. İkinci dövrə də Yekaterinburqda təşkil olunacaq. Bunun üçün heç bir maneə görmürəm. Bununla bağlı əsas tərəfdaşımız “Sima-lend” şirkətinin və regional rəhbərliyin razılığı var. Təbii ki, kimsə təşkilatçılıqla bağlı müraciət etsə, buna baxarıq.
* Bizim durum, məsələn, futboldan nə ilə fərqlənir? Orda da fasilələr var, idmançılar ritmdən düşüb... Bu, “fors-major”du. Və bir daha deyirəm, bütün şahmatçılar peşəkardılar, hamı eyni şərtlər altında hazırlaşır.
* Əlbəttə, biz daim Maqnus Karlsen və onun atası ilə əlaqədəyik. Turniri təşkil etmək istəyimizə müsbət yanaşdı, bizi dəstəklədi. Tac uğrunda mübarizənin məkanına və tarixinə gəlincə, onunla bu yöndə məsləhətləşmələr aparılıb. Karlsen tərəfdən heç bir etiraz olmadı.
* Onlayn rejimə keçmək yönündə işlər görülür. FİDE-nin iştirakı olmadan bir neçə belə turnir təşkil olunub. Biz bu təcrübəni diqqətlə təhlil etdik və öz strategiyamızı müəyyənləışdirdik. Söhbət ilk növbədə əsas şahmat ölkələri arasında komanda yarışından gedir. Sürətli şahmat turniri də nəzərdə tutulub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR