Rusiya Futbol İttifaqının (RFİ) Mübahisələrin Həlli Palatasının iclası keçirilib. Qurumun rəsmi saytında yer alan xəbərə görə, bu gün baş tutan iclasda qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan yığmamızın və “Sabah”ın hücumçusu Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişi təsdiqlənib. Moskva klubuna yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağa aradan qaldırılıb.
Qeyd edək ki, Ramil 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent kimi “Dinamo”ya keçib. 24 yaşlı hücumçunun müqaviləsi bu ilin yanvarında Moskva klubu tərəfindən pozulmuşdu. RFİ-nin Mübahisələrin Həlli Palatası "Dinamo"nu müqaviləyə xitam verilərkən qayda pozuntularına yol verdiyinə görə cəzalandırmışdı.