Sizin reklam burada

“Hillsboro”dan sağ çıxan fanat koronavirusdan öldü!

Title

“Liverpul”un məşhur fanatı Deyv Rolanddan üzücü xəbər gəlib. O, bugünlərdə 65 yaşında koronavirusdan dünyasını dəyişib!
Qeyd edək ki, Roland “Hillsboro” faciəsinin canlı şahidlərindən biri idi. Həmin gün o da Şeffilddə idi, faciədən sağ qurtulmağı bacarmışdı. Amma göründüyü kimi, budəfəki sınaqdan qalib ayrıla bilmədi. Xatırladaq ki, bütün İngiltərəni lərzəyə salan bu olay 1989-cu il aprelin 15-də baş vermişdi. Həmin gün Şeffilddəki “Hillsboro” stadionunda İngiltərə kubokunun yarımfinalı çərçivəsində “Nottingem Forest”lə “Liverpul” üz-üzə gəlirdi. Tribunada yaşanan sıxlıq üzündən mersisaydlıların 96 azarkeşi dünyasını dəyişmişdi. Roland öz canını qurtarsa da, 17 yaşlı Henri Rocers adlı fanatın həyatını xilas edə bilməmişdi. Roland özü də bilmədən həmin faciədə çəkilmiş ən məşhur şəkillərdən birinin qəhrəmanı olmuşdu. O, Rocersin həyatını xilas edə bilmədikdən sonra sınmış tribunanın ən aşağı cərgəsində oturaraq və üzünü “Liverpul” şərfiylə bağlayaraq ağlamağa başlamışdı. Bu vaxt fotoreportyorlardan biri onun şəklini çəkmiş və bu şəkil sonradan böyük populyarlıq qazanmışdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.