UEFA İcraiyyə Komitəsinin martın 17-də keçirilən iclasında COVID-19 pandemiyası ilə bağlı AÇ-2020-nin gələn il keçirilməsi haqda qərar qəbul edilib. AFFA AÇ-2020-nin 4 oyununun 2021-də Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.
Qeyd edək ki, BOS-da AÇ-2020-nin A qrupunun 3, 1/4 finalının isə 1 oyunu keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels yığmaları mübarizə aparacaq.