Sizin reklam burada

Eltac: qələbəyə ac

Baxış Sayı:303


AGİN VƏ AŞF-nin birgə təşkilatçılığı ilə keçirilən internet üzərindən superblits üzrə 1-ci Azərbaycan Kubokuna yekun vurulub. 106 şahmatçı qeydiyyatdan keçsə də, dünən 19.00-dan etibarən 92 nəfər mübarizəyə qoşulub. "İdman TV" ilə canlı yayınlanan yarışın qalibi 17 oyuna 14 xal toplayan Eltac Səfərli olub. Hərəyə 13,5 xal toplayan Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü pillələrdə qərarlaşıblar. Qalibə 15 min manat mükafat fondundan 3000 manat çatıb.
Qadınlar arasında ən yaxşı nəticə göstərən 6 şahmatçı - Gövhər Beydullayeva (9,5 xal), Günay Məmmədzadə (9,5 xal), Gülnar Məmmədova (9 xal), Xəyalə Abdulla (9 xal), Səbinə İbrahimova (9 xal) və Nərmin Xələfova (8,5 xal) da pul mükafatı qazanıb. Ən yaxşı nəticə göstərən xanım şahmatçı əlavə olaraq 1000 manat əldə edib.
16 yaşadək və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən Süleyman Süleymanlı (10 xal), Tunar Davudov (10 xal), Cahandar Azadəliyev (9,5 xal) və Şiroğlan Talıbova (8,5 xal) da pul mükafatı verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR