Koronavirus pandemiyası üzündən dayandırılan premyer-liqanın 2019/20 mövsümündə 20 oyun keçirən "Zirə” ölkə çempionatının yüksək dəstəsində ümumilikdə 140 matça çıxıb. Bunlardan ikisinin nəticəsi sonradan ləğv olunub. Digər 138 qarşılaşmada "qartallar”ı 9 kapitan meydana çıxarıb.
"Zirə”nin rekordçuları qapıçılardı. Anar Nəzirov 37, Kamal Bayramov 22 dəfə meydan sarğı ilə çıxıb. Sahə oyunçuları arasında Elvin Məmmədovla Rəşad Abdullayev şərikli liderdi.
1. Anar Nəzirov - 37
2. Kamal Bayramov - 22
3. Elvin Məmmədov - 20
4. Rəşad Abdullayev - 20
5. Aleksandr Şemonayev - 15
6. Cavid Hüseynov - 15
7. adrian Skarlatake - 5
8. Vüqar Mustafayev - 3
9. Adil Nağıyev - 1