Vladimir Putin İctimai Palatanın 40 nəfərdən ibarət tərkibini təsdiqləyib. Yeddinci dəfə formalaşdırılan qurumda bir şahmatçı da yer alıb. Söhbət Teymur Rəcəbova İddiaçıların turnirinə hazırlaşmaqda kömək edən Sergey Karyakindən gedir. Qrossmeyster tərkibi 3 ildən bir təsdiqlənən İctimai Palatada 2017-dən yer alır. Yəni bu onun üçün ikinci təmsilçilikdi. Qalan 83 nəfəri isə regionlar müəyyənləşdirir. 2005-ci ildən fəaliyyət göstərən İctimai Palata xalqla dövlət orqanları arasında körpü rolunu oynamalı olsa da, əslində formal xarakter daşıyır.