Koronavirus pandemiyasının nəhəng futbol turnirlərinin təşkilatçılığına ciddi zərbə vurması bəlli həqiqətdi. Bildiyiniz kimi, UEFA bir ay əvvəl futbol üzrə qitə çempionatını birilliyə təxirə salmaqla bağlı qərar verdi. 2021-ci ildə keçiriləcək turnirin hələ ki adı dəyişməyib, yəni AÇ-2020 adlanır. Bunun da səbəbi aydındı: üzərinə indiki emblem vurulan tonlarla atribut hazırlanıb, addəyişmə isə bütün bunların silinməsinə, deməli, həm də UEFA-nın ciddi maliyyə itkisinə yol açacaq. UEFA-nın sabiq prezidenti Mişel Platininin qitə çempionatının oyunlarını 12 müxtəlif şəhərdə keçirməyə dair avantürist ideyası bu gün vəziyyəti daha da dramatikləşdirən məqamdı. Qurumun yeni rəhbəri Aleksander Çeferin birmənalı şəkildə Platininin ideyasının əleyhinədi. Gələn il qitə çempionatının oyunlarını qəbul edəcək şəhərlərin yekun siyahısı hələ təsdiqlənməyib. Daha doğrusu, UEFA yekun qərara gəlmək üçün bütün təşkilatçı şəhərlərə aprelin 30-na qədər vaxt verib. Bəzi şəhərlərin, xüsusən də Bilbao, Roma və Münhenin namizədliyini geri çəkməsi istisna olunmur. Belədə ya yeni şəhərlər təsdiqlənəcək, ya da oyunlar iddasından çəkilməyənlər arasında bölüşdürüləcək. Təbii ki, 2-ci variant daha az zəhmət tələb edir. Buxarest və Sankt-Peterburq ilə yanaşı, Bakı da daha çox oyun keçirməyə iddialılar sırasında göstərilir. Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev son günlərdə verdiyi açıqlamalarda bu niyyəti gizlətməyib. Xatırladaq ki, hələ də qüvvədə olan təqvimə görə ölkəmizin paytaxtı 3 qrup və 1 1/4 final oyununu qəbul etməlidi. Rusiyanın “Sport-Ekspress” qəzetində dərc olunan yazıda Bakı haqda qeydlər də yer alıb: “Azərbaycan yığması turnirdə iştirakla bağlı bütün şanslarını itirən yeganə təşkilatçı ölkədi. Ancaq bu ölkənin idman bayramı təşkil etmək arzusuna heç cür təsir göstərmir. Bundan əlavə Bakı Olimpiya Stadionu üzərinə ikiqat yük götürməyə hazırdı. A qrupunun oyunlarını Roma və Bakı birgə keçirməlidi, ancaq “Olimpiko” sual altındadı, Şərqdə isə həmkarlarını “sığortalamağa” hazırdılar. AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun “Sputnik”ə dedikləri: “Azərbaycan beynəlxalq yarışları, o cümlədən futbol turnirlərini də ən yüksək səviyyədə keçirməyə qadir olduğunu artıq çoxdan sübut edib. Odu ki, qonaqpərvərliyimizi bir daha göstərməyə imkan verəcək A qrupunun 6 oyununu keçirmək bizə problem deyil. UEFA İtaliya yığmasının oyunlarını da bizə versə, bu, Azərbaycana etimadın daha bir sübutu olacaq”.
Xatırladaq ki, AÇ-nin Türkiyə ilə İtaliya arasındakı açılış oyunu Romada keçirilməlidi. Həmin oyunun Bakıya verilməsi mümkündü”.

Son xəbərlər

"Sumqayıt" bu futbolçunu yola saldı, yerinə portuqaliyalı gətirir

Millimiz Avropada 1-ci oldu

Avropa çempionatında 1 gündə 2 medal

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Bütün xəbərlər