Təbii ki, İngiltərə premyer-liqası dünyanın ən baxımlı futbol çempionatlarından biridi. Bu üzdən azarkeşləri də çoxdu, heyranları da. Cari mövsümdə “Liverpul”un izləyicilərindən böyük fərqlə irəlidə olması, faktiki 30 ildən sonrakı çempionluqdan 2 qələbəlik məsafədə dayanması sonuclarla bağlı müzakirələri daha da intensivləşdirib. Hazırda Britaniya mətbuatında hadisələrin inkişafı ilə bağlı 7 variant nəzərdən keçirilir:
1. Mövsümü etibarsız saymaq: “Liverpul” çempion olmur, heç bir komanda elita ilə vidalaşmır.
2. İndiki turnir cədvəlini yekun variant kimi saymaq. “Liverpul” çempion olur, “Norviç”, “Aston Villa” və “Bornmut” elita ilə vidalaşır, çempionşipin üç komandası premyer-liqaya yüksəlir.
3. Komandalar mövsümü öz stadionlarında, ancaq boş tribunalar önündə bitirir.
4. Bütün komandalar bir yerə toplanır və mövsüm orda bitir.
5. Qalan bütün oyunlar ölkə xaricində keçirilir. Mümkün variantlar Çin və Qətərdi.
6. Ölkədə vəziyyət sabitləşənə qədər fasilə müntəzəm uzadılır.
7. İyunun 30-u mövsümün bitməsi üçün son tarix kimi müəyyənləşir. Məhz həmin gün əksər futbolçuların müqavilə müddəti bitir, məsələn, “Liverpul” “New Balance” ilə əməkdaşlığı bitirir və “Nike” formalarını geyməyə başlayır.
Bir daha vurğulayırıq ki, bütün bunlar, sadəcə, Britaniya futbol ictimaiyyəti arasında müzakirə olunan variantlardı. Yekun qərar isə yoxdu. Amma ilk 4 variant daha populyardı.