Ünlü bask mütəxəssis Unay Emerinin keçmiş sevgilisi Saşa Rayt İngiltərənin “San” nəşrinə maraqlı etiraflar edib. Bu ikili 2018-in yayında tanış olmuş və ötən ilin sentyabrında ayrılmışdı. 35 yaşlı Rayt 48 yaşlı Emeriylə münasibətlərinin təfərrüatlarından danışıb.
* Emeriyə çox güvənirdim. Ailə quracağımıza və övlad sahibi olacağımıza inanırdım. Onun əsl centlmen və ailəcanlı insan olduğunu düşünürdüm. Amma sonda başa düşdüm ki, Unay ciddi münasibətlərə hazır deyil! Təsəvvür edin ki, o, “Arsenal”dan qovulmağına görə məni günahlandırdı. Məni “ağ cadugar” adlandırdı. Emerinin fikrincə, mən ona yalnız uğursuzluq gətirirdim. Amma digər tərəfdən bizim ayrılığımız onu üzdü.
* Emeriylə 2018-in yayında tanış olduq və görüşməyə başladıq. Açığı, futbola qətiyyən marağım yoxdu. Ona görə də onun kim olduğunu bilmirdim. Unay ilk tanışlığımızda idman sahəsində çalışdığını və Londona yeni gəldiyinə görə ingilis dilini yaxşı bilmədiyini dedi. İlk görüşümüz italyan restoranında oldu. Həmin vaxt onun vacib və nüfuzlu insan olduğunu anladım. Çünki restoran bağlanmaq üzrə idi. Amma məhz Emeriyə görə bir müddət də gözlədilər.
* İngilis dilində çox güclü ləhcəylə danışırdı. Bəzən elə olurdu ki, söhbət etdiyi yerdə birdən-birə dayanıb demək istədiyi sözü “quql-tərcüməçi”yə vurub yoxlayırdı. Amma yenə də diqqətimi cəlb etməyi bacarmışdı. Emeri həmişə yaxşı geyinirdi və yaxşı oğlana bənzəyirdi. Bir dəfə zarafatla onun ingilis dili müəlliməsi ola biləcəyimi dedi. Çox gözəl və geniş evi var idi. Evdə hər şey xüsusi zövqlə seçilmiş və yerləşdirilmişdi.
* Mənə heç bir hədiyyə almırdı. Amma ondan onsuz da heç nə gözləmirdim. Çünki özüm də pis qazanmıram. Bizə, sadəcə, bir yerdə olmaq xoş idi. Həftəsonlarını əla keçirirdik. Əksər oyunlardan sonra görüşürdük. Adətən, komanda zəif oynadığı və ya uduzduğu oyunlardan sonra Emeri görüşməyə həvəsli olmurdu. Zəng vuraraq çətin və gərgin dönəmdən keçdiyini deyirdi. O, həmişə futbola və başqa oyunların nəticələrinə baxırdı. Hətta yataqda belə bir əlində kompüter, digər əlində planşet tutaraq futbollara baxırdı! Bu, adətən, səhərlər və ya biz yatmağa hazırlaşanda baş verirdi. Bəzən bu xüsusiyyəti adamın əsəblərinə toxunurdu. Amma bilirdim ki, bu, onun işiylə bağlıdı və normal qarşılamağa çalışırdım.
* Bizim münasibətlərdə məni ən çox təəccübləndirən o idi ki, Emeri heç vaxt məni öz ailə üzvləri, dostları və ya “Arsenal” rəsmiləriylə tanış etmirdi. Restoranda kiminləsə görüşəndə o heç vaxt həmin adama məni öz sevgilisi kimi təqdim etmirdi! Kimsə bizim birlikdə şəklimizi çəkəndə və ya əl-ələ tutub restorana daxil olanda həmişə gərgin və əsəbi olurdu. Amma içəri daxil olan kimi sərbəst olur və məni qucaqlamağa, öpməyə başlayırdı.
* Ötən yay dostum mənə qəzetdə dərc olunan bir yazını göstərdi. Orda yazılmışdı ki, Unay və keçmiş həyat yoldaşı birlikdə təyyarədə harasa uçurlar. Həmin məqaləni ona göstərəndə “aman Tanrım, sən mənə inanmırsan? Mən qardaşımla birlikdə səyahətə çıxmışdım və xanım da onun həyat yoldaşı idi” dedi. Sentyabrda artıq bu münasibətlərin hansı istiqamətdə irəlilədiyini anlamırdım. Unaydan “məni ətrafındakı adamlarla tanış etmirsənsə, bu münasibətin mənası nədi”, - deyə soruşdum. Onu tələsdirməməyimi və müəyyən vaxt verməyimi istədi. Amma hər şeyə son qoydum.
* Ayrılığımızdan sonra “Arsenal” uzun müddət qalib gələ bilmirdi. Emeri bir neçə dəfə qayıtmağımı istəsə də, ona rədd cavabı verdim. Bir gün qəzetdə onun qovulduğunu oxudum. Emeriyə dəstək olmaq və ona xoş sürpriz etmək üçün yeni il ərəfəsində San Sebastyana bilet aldım. Amma gəlişimə sevinmədi. Mənə çox pis sifət göstərdi. Az öncə də qeyd etdiyim kimi bütün uğursuzluqlarında məni günahlandırdı. Həmin vaxt özümə söz verdim ki, bir də onunla heç vaxt görüşməyəcəm.

Son xəbərlər

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

"Yuventus"da yeni anlaşma

Bütün xəbərlər