Sizin reklam burada

12-ci dünya çempionu Rəcəbovu qınadı

Baxış Sayı:296


“İdmançının borcu istənilən vəziyyətdə oynamağa hazır olmaqdı”
Rusiyanın tanınmış qadın şahmatçısı Aleksandra Kostenyuk Yekaterinburqda koronavirus səbəbindən yarımçıq dayandırılan İddiaçıların turniri haqda danışıb. Daha doğrusu, 36 yaşlı qrossmeyster “Sport-Ekspress”ə müsahibəsində bu məsələyə də toxunub. Və gözlənildiyi kimi, FİDE-nin rusiyalı prezidenti Arkadi Dvorkoviçin mövqeyini müdafiə edib: “Biz sonrakı ağlımızla güclüyük. Həmin turniri normal şəkildə başlamaq və bitirmək şansı var idi. Mən bir azarkeş kimi partiyaları izləməkdən şad idim və səbirsizliklə davamını gözləyirəm. Axı, dünya şahmatdakı kimi ağ-qara deyil. Çoxlu başqa rənglər var. Bəli, qəbul etmək lazımdı ki, bu turnir vacibdi. Amma onu da unutmayaq ki, bu yalnız idman yarışıdi. Şahmat tacı hər şey demək deyil. Əsas odu ki, hamı sağlam, pandemiya isə yox olsun. Hətta yarışı 6 ay və ya 1 il aradan sonra davam etdirsinlər”.
12-ci dünya çempionu birmənalı şəkildə Rəcəbovu günahkar sayır: “Ümumiyyətlə, danışıqların getməsinə təəccübləndim. Rəcəbovun oynamaq imkanı olsa da, imtina etdi. Bunu nə ilə istəsəz, əlaqələndirə bilərsiz. O, psixoloji cəhətdən hazır olmadığını dedi? Mən belə hesab edirəm ki, idmançının borcu istənilən vəziyyətdə oynamağa hazır olmaqdı. Sən hazır deyilsənsə, həddən artıq həyəcan keçirirsənsə və oyuna köklənə bilmirsənsə... Şərtlər hamı üçün eynidi. FİDE üzərinə turniri müəyyən səviyyədə keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. Amma aydındı ki, turnirin gedişində istənilən şey baş verə bilər. Məlum olduğu kimi, səfərlər zamanı virusa yoluxmaqdan da qorxulu şeylər baş verib. Biz də İsveçrədə “Qran-pri”də oynamışıq. Xəbərləri izləyirdik, sərhədlər açılır, bağlanırdı. Onda da demək olardı ki, kimsə hazır deyil. Ya da nəticə mövcud durumla bağlıdı. Fikrimcə, sən yüksək səviyyəli idmançısansa, hər şeydən qopmağı bacarmalısan. Lap üçüncü dünya müharibəsi başlasa belə”.
Xatırladaq ki, Teymur Rəcəbov İddiaçıların turnirindən koronavirusa görə imtina edib. FİDE-nin onun əvəzinə dəvət etdiyi Maksim Vaşye-Laqray Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xal toplamaqla ilk dövrənin qalibi olub. Yarış 7 turdan sonra dayandırılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR