Sizin reklam burada

Məhkəmə güzəşt etmədi

Baxış Sayı:300

Məhkəmə güzəşt etmədi
Avstriya Federal Ali Məhkəməsi cüdo yığmamızın sabiq baş məşqçisi Peter Zayzenbaherin etirazını qəbul etməyib. Ötən ilin sonlarında 5 il müddətinə həbs olunan 60 yaşlı mütəxəssisin cəzası qüvvədə saxlanılıb. Zayzenbaher 2012-13-cü ildə millimizi çalışdırıb. Olimpiya çempionu 1999-2004-cü illər aralığında rəhbərliyi altında hazırlıq keçən idmançıları zorladığına görə həbs olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR