Sizin reklam burada

Pərviz “Survivor”dan danışdı

Baxış Sayı:284


Pərviz Abdullayev SMS yolu ilə kənarlaşdırıldığı “Survivor”la bağlı fikirlərini bölüşüb. “Kobra” şəxsi “instaqram” hesabında dəstəyə görə hamıya təşəkkür edib: “Bütün məni sevən, mənə dəstək olan hər kəsi salamlayıram. Çoxdandı arzusunda olduğum “Survivor” yarışı mənim üçün gözəl bir macəra oldu. Yarışda keçirdiyim zaman ərzində həmvətənlərimin və türk qardaşlarımın dəstəyini daim hiss etdim. Mənə qarşı olan inamınızı bacardığım qədər doğrultmağa çalışdım, həm orda göstərdiyim performansla, həm də xarakterimlə. Orda türk dostlarımın mənə olan hörməti və sizin sevginiz sayəsində özümü heç də qəriblikdə hiss etmədim.
Bunu bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən, iki dövlət, bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Bu yarış mənə yaxşı dostlar qazandırdı. Onlara da yarışda və şəxsi həyatlarında uğurlar arzulayır, başda Acun Ilıcalı olmaqla, bütün “Survivor” kollektivinə minnətdarlığımı bildirirəm. Siz - əziz həmvətənlərimə də qəlbinizlə daim yanımda olub məni dəstəklədiyiniz üçün təşəkkür edirəm!”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR