Sizin reklam burada

Prezident Faiq Həsənova “Şərəf” verdi

Baxış Sayı:333


Azərbaycan şahmatında doğum günləri sıralanır. Yığmanın lideri Şəhriyar Məmmədyarov dünən 35 yaşını qeyd edirdisə, bu gün yubilyarı təbrik etmək növbəsidi. Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənovun 80 yaşı tamam olur.
1940-cı ildə Gəncədə anadan olan Faiq bəy uzun illərdi AŞF-nin vitse-prezidenti postunda çalışır. Ölkədə şahmatın inkişafında müstəsna xidmətləri var. Zəngin təşkilatçılıq bacarığı ilə seçilir. Beynəlxalq hakim qismində ən nüfuzlu yarışlarda iş başında olub. 40 ildən çoxdu Az.TV-də yayınlanan həftəlik "Şahmat klubu" verilişinin aparıcısıdı. Ünsiyyətə meyilli idman funksionerlərindən olsa da, tənqidlə heç arası yoxdu. Bu üzdən də bir qədər küsəyəndi...
FİDE dünən Həsənovu yubileyi münasibətilə təbrik edib. Qurumun rəsmi “tvitter” hesabında yer alan paylaşımda Faiq bəy Azərbaycan şahmatının patriarxı kimi göstərilib, dünyanın ən güclü şahmat ölkələrindən birində bu oyunun inkişafına mühüm töhfə verdiyi yazılıb.
Prezident İlham Faiq Həsənovun “Şərəf” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb. O, Azərbaycanda idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR