Sizin reklam burada

Divizon klubları əməkhaqqı fonduna toxunmayacaq

Baxış Sayı:599

Divizon klubları əməkhaqqı fonduna toxunmayacaq
Son vaxtlar dünya bazarında nefttin qiymətinin ucuzlaşması, Azərbaycan kimi dövlət büdcəsinin əsas hissəsi “qara qızıl”dan gələn gəlirlər hesabına formalaşan ölkələrin iqtisadiyyatına ciddi təsir göstərir. Qiymətin düşməsi istər-istəməz bütün sahələrə, o cümlədən idmana da təsir göstərəcək. Artıq bu yöndə siqnallar gəlməkdədi. Belə ki, futbol ictimaiyyəti arasında yayılan söz-söhbətə inansaq, artıq AFFA bu yöndə ilk addımları atmağa qərar verib. Assosasiya rəhbərliyi SOCAR-dan maliyyələşən birinci divizion klublarının əməkhaqqı fondunu 50 faiz endirməyi düşünür.
Deyilənlərə aydınlıq gətirmək üçün birinci dəstədə çıxış edən bəzi klubların rəsmiləri ilə əlaqə saxladıq. Bu məqsədlə öncə növbəti mövsüm elitaya yüksələcəyi gözlənilən “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq. Lakin Oqtay bəy deyilənləri təkzib etdi: “Maaşların 50 faiz azaldılacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bununla bağlı AFFA tərəfindən bizə heç nə deyilməyib. Maaşların verilməsinə gəlincə, hər ay hansı tarixdə klubun hesabına pul köçürülürdüsə, bu dəfə də elə oldu. Heç bir gecikmədən söhbət gedə bilməz”.
Qərb bölgəsinin daha bir təmsilçisi, 2020/21 “futbol ili”nə premyer-liqada başlayacağı gözlənilən “Kəpəz”in mətbuat katibi Azad Mustafayev də deyilənlərdən xəbərsiz olduqlarını bildirdi: “Elita klubları ilə müqayisədə onsuz da birinci dəstədə çıxış edən klubların əməkhaqqı fondu çox azdı. Açığı, heç müqayisə aparmağa dəyməz. İnanmıram ki, aşağı olan büdcəni bir qədər də azaltsınlar. Belə fikir olsaydı, AFFA rəhbərliyi tərəfindən kluba hansısa formada bildiriş gələrdi. Bu günə kimi bu haqda heç bir xəbərdarlıq olmayıb. Maaşların gecikməsi onsuz da hər dəfə olur. Bu üzdən artıq buna öyrəşmişik. Ancaq bir-iki gün geciksə də, hər ay vəsait köçürülür”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR