Sizin reklam burada

İnternet üzərindən 15 minlik turnir

Baxış Sayı:304


AGİN və AŞF-nin birgə təşkilatçılığıyla karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün "Evdə qal, həyatları xilas et" şüarı altında layihəyə start verilir. İlk olaraq FİDE və AŞF-nin vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə internet üzərindən superblits üzrə 1-ci Azərbaycan Kuboku təşkil olunacaq. Chess24.com portalı üzərindən keçiriləcək yarış üçün qeydiyyat aprelin 15-i, saat 22.00-da başa çatacaq. Mübarizə isə aprelin 16-da, 19.00-da start götürəcək. İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarətdi. İştirakçılara hər oyun üçün 1 dəqiqə və 1-ci gedişdən etibarən hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək. Mükafat fondu 15 min manat təşkil edir ki, qalib 3000 qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 manat əldə edəcək. Eyni zamanda 16 yaşadək olan və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən 4 iştirakçı üçün mükafatlar nəzərdə tutulub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR