Sizin reklam burada

Yığma üzvü Bələkdə ev kirayələyib

Baxış Sayı:261


Atletika yığmamızın sabiq üzvü, Türkiyənin uğurları üçün çalışan Ramil Quliyev son olaylara münasibət bildirib. Dünya və Avropa çempionu “Sabah” nəşrinə maraqlı açıqlamalar verib: "Olimpiadanın təxirə salınması qərarı doğru idi. Çünki ortada insan həyatı var. Hazırda Türkiyədə vəziyyət o qədər də pis deyil. Hamımız sağlamlığımızı qorumağa çalışırıq. Dünyanı evdə oturaraq xilas etmək zamanıdı. Hamımız birlikdə hərəkət etməli, məsuliyyəti dərk etməliyik ki, bu durumdan uğurla çıxaq. Bəzi insanlar işləmək üçün evdən çıxmağa məcburdurlar, onları başa düşməliyik. İnidi evdə otururuq, sabah isə küçələrin, dənizlərin ləzzətini alacağıq... Avqustun 25-30-u aralığında Parisdə keçiriləcək Avropa çempionatı ləğv olunmayıb. Lakin orda hər gün 5000 virusa yoluxma olur. Yay aylarında yoluxma sayının azalacağı deyilir. Biz də onu gözləyirik. Lakin idmançı kimi həmişə hazır olmalıyıq. Bir ay məşq etməsək, vəziyyəti 3 aya ancaq düzəldə bilirik. Dostlarımla Bələkdə ev kirayələmişik. Küçədə özümüz üçün yol müəyyənləşdirmişik. Həyətdə isə ağır məşqlər edirik. Asfaltda qaçmaq zərərlidi, bu üzdən asfalt olmayan yerlərdə qaçırıq. Templi olmasa da, çalışmağa davam edirik... İdmana başlayanda 3 hədəfim var idi: Avropa, dünya və olimpiya çempionluğu. İlk ikisini reallaşdırmışam. Olimpiadanın qızıl medalını qazanmamış karyeramı bitirməyəcəm".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR