Sizin reklam burada

Yarımçıq dayandırılan yarışın mükafatçısı oldu

Baxış Sayı:255


Beynəlxalq Gimnastika Federasiyasının (FİG) İcraiyyə Komitəsinin videokonfransı keçirilib. Komitə üzvləri bir neçə vacib məsələni müzakirə edib və qərarlar qəbul edib. İdman gimnastikası üzrə dünya kubokunun Bakıda təşkil olunan, amma başa çatdırılmayan mərhələsi ətrafında da fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, martın 12-13-də baş tutan təsnifat mərhələsinin nəticələri yekun nəticə kimi qəbul olunsun. Gimnastlar məhz həmin nəticələrə uyğun reytinq və lisenziya xalları qazanacaq. Bununla da kişilərdə 6, qadınlarda 4 növdə mükafatçıların siyahısı açıqlanıb. Təmsilçimiz Marina Nekrasova dayaqla tullanmada 3-cü yeri tutub. FİG təxirə salının yarışların 2021-ci ildə keçirilməsi üçün yeni tarixləri dəqiqləşdirəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR