Sizin reklam burada

Yığma üzvləri turnirdə yarışacaq

Baxış Sayı:331


Ötən həftə Fransada “C'Chartres Echecs” klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə onlayn blits turnir keçirilmişdi. Karantin günlərində vaxtını evdə keçirən şahmatçıların böyük marağını nəzərə alan təşkilatçılar yenə eyni addımı atmaq qərarına gəliblər. Belə ki, sabah növbəti analoji yarış start götürəcək. Vasili İvançuk, Əlirza Firuca kimi tanınmış şahmatçılarla yanaşı, yığmamızın üzvlərindən Rauf Məmmədov, Qədir Hüseynov və Namiq Quliyev də 1200 avro mükafat fondundan “pay götürməyə” çalışacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR