Sizin reklam burada

“Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı”

Baxış Sayı:312


Ukrayna şahmatının ən parlaq fiquru sayılan Vasili İvançuk geniş müsahibə verib. Rusiya mətbuatına danışan təcrübəli qrossmeyster Teymur Rəcəbovla FİDE arasındakı məlum qalmaqala da toxunub: “Əlbəttə, İddiaçıların turnirini izlədim. Maraqlı partiyaların sayı çox idi. Amma açığı, yarışı izləyərkən həmin insanlara görə qorxurdum. Başa düşürdüm, partiyalar maraqlıdı, insanlar iddialıdı, hazırlaşıblar... Həmin an beynimdə bir fikir vardı: ilahi, təki hamı sağlam olsun! Təkcə oyunçular yox, bütün iştirakçılar. Yəni həmin an partiyalar mənim üçün ikinci planda idi. Fikrimcə, belə şəraitdə oynaya bilməzdim. Hər halda, bu çox çətin olardı. Yarış iştirakçılarından heç birinin yerində olmaq istəməzdim. Bu birmənalıdı. Mənə elə gəlir ki, insan ilk növbədə sağlamlığının qeydinə qalmalıdı. Özünü oda atmaq, riskə getmək... Nəyə görə? Başa düşürəm, onlar dünya çempionu olmaq istəyirlər. Digər tərəfdən, heç kimə sirr deyil ki, onlar kasıb adamlar deyil və bu, karyeralarında heç də sonuncu turnir olmayacaq. Bununla heç kimi ittiham etmirəm. Belə qərar qəbul ediblərsə, yarışa qatılıblarsa… Amma həqiqətən həmkarlarıma görə həyəcan hissi keçirirdim. Kimsəyə nəsə olmasını ürəkdən istəmirdim. Çıxış yolu nədi? Adam turnirə qatılmaqdan, həyatını təhlükəyə atmaqdan imtina etdi. Bu, onun qərarıdı. Digər iştirakçılar isə fərqli qərar verdilər. Bu üzdən Teymur Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı. Çünki o imtina edib. Yeri gəlmişkən, Rəcəbovdan öncə, martın əvvəlində mən də bir turnirə qatılmaqdan imtina etdim. Özü də eyni səbəbdən. Hərçənd çox ciddi hazırlaşmışdım və iştirak etmək istəyirdim. Sadəcə, risk etmədim. Turnir isə baş tutdu və heç bir problem yaşanmadı. Planımda həmin turnir üçün Hollandiyaya, ordan bundesliqada iştirak etmək üçün Almaniyaya getmək, sonra da evə dönmək var idi. Məni ayıldan, risk etməməyim üçün dilə tutan insanlara minnətdaram. Onların məsləhətinə qulaq asıb, evdə qaldım. İndi düşünürəm ki, düzgün addım atdım”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR