"Keşlə" Nərimanov və Nizami rayonlarının İcra Hakimiyyətləri ilə birgə "Siz evdə qalın, biz sizə gələk" kampaniyası keçirib. Dünən adı çəkilən rayonların ərazisində yaşayan 200 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb. Aksiyada klubun işçi heyəti, əsas komandanın məşqçilər korpusu və futbolçular iştirak ediblər.
Klubun nümayəndələri görüş zamanı həmçinin profilaktik tədbirlərin vacibliyini bildiriblər və vətəndaşlarımıza Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırıblar. Göstərilən diqqətə görə aztəminatlı ailələrin üzvləri "Keşlə" Futbol Klubuna minnətdarlıqlarını ifadə ediblər.