Sizin reklam burada

Barselona qəhrəmanı kövrəldi...

Baxış Sayı:320


Gənclər və İdman Nazirliyi və “İdman” TV-nin birgə layihəsi olan “Evdə qal, idmansız qalma” verilişinin növbəti qonağı idman gimnastikası üzrə olimpiya çempionu Valeri Belenki olub. 1992-ci ildə Barselonada təşkil olunan Olimpiadada komanda şəklində çempion olan, fərdi mübarizədə bürünc medal qazanan 50 yaşlı həmvətənimiz həmin dövrləri xatırlayarkən kövrəlib. Belenki “Azərbaycanla bağlı ən çox nə üçün darıxmısız” sualına tam cavab verə bilməyib. “Fəxr edirəm ki, Bakıda doğulmuşam” deyən təcrübəli mütəxəssis qəhərlənərək, fikirlərini tamamlaya bilməyib...
Bakıda anadan olan Valeri SSRİ yığmasının heyətində üç dəfə dünya çempionu olub. 1992-ci ildə müstəqil Azərbaycanın ilk olimpiya çempionlarından sayılır (Barselonada ilk çempionumuz cüdoçu Nazim Hüseynov olub). 1994-də Ştutqart şəhərinə köçən idmançı Almaniyanın şərəfini qorumağa başlayıb. 1997-ci ildə Lozannada dördüncü dəfə dünya çempionu olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR