Sizin reklam burada

Saxtakar dünya çempionu...

Baxış Sayı:372


Daxili İşlər Nazirliyinin əməkdaşları Anar İsgəndərovla Aslan Bayramovu saxlayıblar. Adı çəkilən şəxslər özlərini media işçisi kimi təqdim edərək, işlədikləri jurnalların möhürü ilə təsdiq olunan saxta arayışları satarkən saxlanılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.
Bu ikilidən Aslan Bayramov idman, daha doğrusu, boks həvəskarlarına tanışdı. Özünü “Sağlam həyat naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Bayramov 2001-cü ildə Bakıda təşkil olunan yeniyetmələr arasında dünya çempionatının qalibi olub. Həmin yarışda Emil Məhərrəmov da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR