Sizin reklam burada

Arif Rəhimov dəqiqliyin tərəfdarıdı

Baxış Sayı:266


Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Almaniyanın “motorsport-total” saytına açıqlama verib. İyunun 7-də Bakıda baş tutmalı olan “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin koronavirus səbəbindən təxirə salınmasına toxunan BŞH rəsmisi yeni tarixin mümkün qədər tez açıqlanmasının tərəfdarıdı: “Formula-1”in qışda keçirilməsi yaxşı variant deyil. Çünki onda tribunalar boş olacaq. Bakıda havalar soyuq olur. Ona görə də biz yarışı oktyabrın ortalarına salmaq istəyirik. Yaxşı olardı ki, iyulun əvvəlindən işə başlayaq. Əsas məsələ yarışın vaxtının tezliklə dəqiqləşməsidi. İki-üç ay öncədən bunu bilməyimiz çox vacibdi. Bu müddətdə trass hazırlanır. Mən hələ məsələnin kommersiya tərəfindən danışmıram. Avqustun sonlarında koronavirusla bağlı durumda dəyişiklik olmasa, yarışı noyabra kimi saxlaya bilmərik. Hələ ki “Formula-1” bizə konkret vaxt təklif etməyib”.
Arif bəy yarış baş tutmayacağı halda Azərbaycan hökumətinin maliyyə itkilərinə də toxunub: “Hazırda yarışın reklamına qadağa qoymuşuq. Biz artıq bu yarış üçün çoxlu avadanlıqlar sifariş etmişik. Ancaq onlardan növbəti il və ya bu ilin sonunda keçiriləcək yarış zamanı istifadə edə bilərik. Ona görə də hələ birbaşa heç bir maliyyə itkisi ilə üzləşməmişik. Ancaq yarış keçirilməsə, çoxlu maliyyə itkimiz ola bilər. Yəqin ki, yarış baş tutmasa, hökumətimiz pul itirməyəcək. Bu, “fors-major” haldı, bizim istəyimizlə olan şey deyil. Belə şeylər müqavilələrlə tənzimlənir. Yeganə problem yarışın keçirilməsi üçün pulun daha öncədən “Formula-1”ə ödənilməsidi. Yarış baş tutmasa, pulun qaytarılması variantı olacaq. Ola da bilər ki, biz bu pulu növbəti illə kompensasiya edək. Yarış baş tutsa, əyləncə proqramında ixtisar olacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR