Sizin reklam burada

AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür

Baxış Sayı:362


COVID-19 pandemiyası dünyanın idman həyatına da təsir göstərib. AÇ-2020, Tokio Yay Olimpiya Oyunları kimi 4 ildən bir keçirilən nəhəng turnirlər belə təxirə salınıb. Koronovirus epidemiyası səbəbindən idmançılar da evlərinə çəkilib, xüsusi karantin günlərinin başa çatmasını gözləyirlər ki, yenidən məşq zallarına dönsünlər.
Ancaq bugünlərdə əldə etdiyimiz məlumat bizi bir qədər təəccübləndirdi. Belə ki, etibarlı mənbədən əldə etdiymiz bilgiyə inansaq, cüdo yığması yaxın günlərdə təlim-məşq toplanışı üçün bir araya gələcək. Bunun üçün komanda üzvləri Sumqayıt Olimpiya İdman Kompleksinə üz tutacaq. Ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda bu xəbərin nə dərəcədə düz olduğunu dəqiqləşdirmək üçün Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq: “Bildiyiniz kimi, peşəkar idmançının bir gün məşqdən uzaq qalması onu bir ay geri salır. Gənclər və İdman Nazirliyində də bunu çox gözəl başa düşürlər. Yaxın günlərdə nazirlik tək cüdo yox, digər olimpiya idman növləri üzrə yığmalar – boks, güləş, taekvondo – üçün müxtəlif yerlərdə təlim-məşq toplanışı təşkil etmək barədə düşünür. Hər idman növü üzrə milli komandaların üzvlərinin müxtəlif bölgələrdə karantin şəraitində toplanışının təşkil olunması gündəmdədi. Hələ ki bu yöndə dəqiq bilgi yoxdu. Bizim federasiyaya heç nə deyilməyib. Ancaq bildiyim qədər bu məsələ ilə bağlı müzakirələr olmalıdı”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR