Sizin reklam burada

FİFA yaş limitini artırmağı zəruri sayır

Baxış Sayı:329

FİFA yaş limitini artırmağı zəruri sayır
FIFA koronavirus pandemiyasına görə zəruri addım atmağı vacib sayıb. Ali futbol qurumu Beynəlxalq Olimpiya Komitəsinə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edəcək futbolçuların yaş həddini artırmağı təklif edib.
Təklifə əsasən, yeni yaş həddi 24 olacaq. Bu planda dəyişikliyə səbəb bu yaya planlaşdırılan Tokio Olimpiadasının 2021-ci ildə keçiriləcəyi ilə bağlıdı. Qeyd edək ki, mövcud qaydaya əsasən Olimpiadanın futbol yarışlarında heyətə 23 yaşdan yuxarı olmayan futbolçular və bu yaş həddini keçən 3 oyunçu daxil edilə bilər. Tokio-2020-də 16 komanda iştirak edəcək. Yeri gəlmişkən, hazırda futbol turnirinin 14 iştirakçısı məlumdu. Yaponiya, Fransa, Almaniya, Rumıniya, İspaniya, Yeni Zelandiya, Misir, Kot d’İvuar, Cənubi Afrika, Avstraliya, Səudiyyə Ərəbistanı, Koreya, Argentina və Braziliya artıq dördilliyin ən böyük idman festivalına vəsiqəni təmin edib. Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasına iki vəsiqə ayrılıb. Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul – 8 avqust aralığında olacağını da xatırladaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR