Sizin reklam burada

Tramp da videokonfrans keçirdi

Baxış Sayı:343


ABŞ prezidenti Donald Tramp bazar günü idman liqalarının rəhbərləri ilə videokonfrans keçirib. O, videokonfransın gedişində azarkeşləri avqustda və ya sentyabrda idman yarışlarında görəcəyinə ümid etdiyini bildirib. Təbii ki, yarışların bərpa olunacağı vaxt açıqlanmır: “İndicə, demək olar ki, bütün liqaların komissarları və rəhbərləri ilə danışdım. Hamısı gözəl liderlərdi. Onlar qayıtmaq istəyirlər və qayıtmalıdılar. Ən yaxın vaxtda yarış meydanlarına dönəcəyik. Fanatların da arenalara dönməsini istəyirəm. Onlar yenidən basketbol, beysbol, futbol, hokkey və qolf görmək istəyirlər. Son nəticədə azarkeşlər tribunalarda bir-birinin yanında yerini tutmalıdılar”.
340 minə yaxın yoluxanın, 10 minə yaxın ölünün olduğu ölkənin liderinin belə nikbin danışması, təbii ki, sevindiricidi. Amma onu da etiraf etmək lazımdı ki, bu gün idman yarışlarının bərpası üçün heç bir münbit şərait yoxdu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR