Sizin reklam burada

"Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib

Title

“Qəbələ” indiyədək keçirdiyi oyunlarda 78 penalti zərbəsi yerinə yetirib. Azərbaycan çempionatının premyer-liqasında və 1-ci dəstəsində, həmçinin ölkə kuboku və Avropa Liqasında oynamış “qırmızı-qaralar” bu turnirlərdəki 546 matçda 61 dəfə "nöqtə"dən qol vurub. Komandamızın bu qarşılaşmalarda vurulan penaltilərdəki dəqiqlik faizi 78-ə bərabərdi. Digər 22 faizi təşkil edən 17 zərbə isə qolla nəticələnməyib.
“Qəbələ”nin penaltilər üzrə rekordçusu Cavid Hüseynovdu. O, 13 dəfə 11 metrlik nöqtədən qapını nişan alıb. Bunlardan 12-si dəqiq olub. 8 belə imkan qazanan Kənan Kərimovla 5 penalti yerinə yetirən Leonardo da Silva hərəyə bir dəfə imkandan yararlanmayıb.
Ümumilikdə 31 oyunçumuz penalti zərbəsi vurub. Yüzfaizlik nəticə göstərənlər arasında Filip Ozobiç, Aleksey Qay və Deon Barton daha çox – hərəyə 4 penaltini qola çevirib. Rəşad Yusubovla Ruslan Qurbanovun 3 belə qolu var. Bu ilin qışında “qırmızı-qaralar”a qoşulan Nikolas Raysel isə artıq iki dəfə penaltidən fərqlənib. İki futbolçu – Samir Zərgərovla Yannik Kamanan hərəyə 2 dəfə belə imkanı boşa verib.
1. Cavid Hüseynov – 13 penalti (12-si dəqiq)
2. Kənan Kərimov – 8 (7)
3. Leonardo da Silva – 5 (4)
4. Samir Zərgərov – 5 (3)
5-7. Filip Ozobiç – 4 (4)
Aleksey Qay – 4 (4)
Deon Barton – 4 (4)
8-9. Ruslan Qurbanov – 3 (3)
Rəşad Yusubov – 3 (3)
10-12. Rəşad Abdullayev – 2 (2)
Nikolas Raysel – 2 (2)
Serj Cehua – 2 (2)
13-15. Rikardinyo – 2 (1)
Lorenzo Ebesilio – 2 (1)
Lourival Rodriqes – 2 (1)
16. Yannik Kamanan - 2 (0)
17-24. Anatoli Ostap – 1 (1)
Asen Nikolov – 1 (1)
Daniel Subotiç – 1 (1)
Rəşad Eyyubov – 1 (1)
Təmkin Xəlilzadə – 1 (1)
Tomaş Stolpa – 1 (1)
Viktor Komlyonok – 1 (1)
Vüsal Qarayev – 1 (1)
25-31. Bruno da Silva – 1 (0)
İbrahim Hüseynov – 1 (0)
Dodo – 1 (0)
Nika Kvekveskiri – 1 (0)
Rövşən Əhmədov – 1 (0)
Stiven Jozef-Monroz – 1 (0)
Vitali Balamestnı – 1 (0)
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.