Lənətəgəlmiş koronavirus üzündən günümüz dörd divar arasında keçir. Ən pisi də odu ki, bu durumun nə qədər davam edəcəyini bilmirik. Xəstəliyin ən ağır zərbələrindən biri də futbolsuzluqdu. Bir aya yaxındı ölkədaxili və beynəlxalq oyunlara həsrət qalmışıq. Futbola baxmaq bir yana, yazmağa da nəsə tapmaq çətindi. Bütün hallarda biz futbolu düşünür və yalnız bu haqda yazmağa çalışırıq. Bu gün Avropanın ən böyük klubları məşqləri təxirə salır, fəaliyyətini dayandırır. Amma məşqlər hər nə qədər təxirə salınsa da, komandaların bir çoxu internet üzərindən onlayn şəkildə hazırlığı davam etdirir.
Bəs görəsən, Azərbaycan premyer-liqasında bu yola əl atanlar varmı? Suala cavab almaq üçün bəzi klubların mətbuat katibləri ilə əlaqə saxladıq:
Nurlan İbrahimov (Qarabağ): “Biz akademiyada aşağı yaş qrupları üçün onlayn məşqlər edirik. Ancaq əsas komandada buna ehtiyac duyulmayıb. Onlar peşəkar futbolçulardı. Lazımi tapşırıqlar verilib. Oyunçular da öhdəsinə düşənləri edirlər”.
Rüstəm Allahverdiyev (Neftçi): “Onlayn olmasa da, məşqçilər futbolçular üçün həftəlik proqramlar tərtib edib, karantin rejimində bunlarla məşğul olmaları tapşırılıb. Oyunçular da hazırlığı bu şəkildə davam etdirirlər”.
Elnur Həmidov (Sabah): “Karantin elan olunan gündən məşqçilər oyunçulara xüsusi proqram tətbiq ediblər. Futbolçular da bunun əsasında hazırlığı davam etdiririlər. Məşqlərlə bağlı baş məşqçi qərar verir. Onlayn hazırlığa ehtiyac duyularsa, biz də bunu tətbiq edərik”.
Elmar Abdullazadə (Zirə): “Onlayn məşqlərimiz yoxdur. Məşqçilər heyəti futbolçular üçün xüsusi proqram hazırlayıb. Onlar da buna əsasən çalışırlar”.
Rəşad Məmmədov (Sumqayıt): “Bizdə karantin elan olunandan onlayn məşqlər gedir. Bu gündən etibarən sosial şəbəkə hesablarımızda videoalar paylaşacağıq. Hazırlıq baş məşqçi Ayxan Abbasovun nəzarəti altında fiziki hazırlıq üzrə məşqçinin tərtib etdiyi proqram əasında davam edir. “Sumqayıt”ın heyətindən heç kim evinə getməyib, hamı burdadı. Odu ki, müntəzəm onlayn məşqlərimiz davam edir”.
Törə Əhmədova (Səbail): “Futbolçular məşqlərini verilən proqram üzrə davam etdirir. Baş məşqçi onlayn hazırlığa ehtiyac duymur. Çünki oyunçulardan eləsi var ki, bağ evində qalır, qaçır, topla çalışa bilir. Ancaq bəzilərində bu imkan yoxdu. Ona görə də hər biri verilən tapşırıqları fərdi şəkildə yerinə yetirir”.
HƏSƏN

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər