Sizin reklam burada

Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu

Baxış Sayı:430


Uzun illər AzTV və "İdman" TV-də uzun illər şərhçi olmuş, 10 ildi fəaliyyətini özəl sektorda davam etdirən Altay Əliyev Prezident İlham Əliyevin çağırışına dəstək olub (sportinfo.az). O, 1666 manat, qızı Türkayla oğlu Tuncay isə hərəyə 666 manat fonda ianə edib.
Hazırda "Netbet" MMC-yə rəhbərlik edən Altay bəy Fonda ianə etmək təşəbbüsünün övladlarına məxsus olduğunu bildirib: "Uşaqlar kassa yığırdılar və hər ad günlərində açırlar. Apreldə qızın 10, mayda oğlanın 7 yaşı olacaq. Evdə danışanda kassalarını gətirdilər ki, açaq, içində nə varsa, götürüb fonda köçürək.
Təxminən 1100 manat çıxdı, mən də üstünü düzəldib böldüm. Məncə, cənab Prezidentin yaratdığı fonda kömək etmək imkanı çatan hər bir azərbaycanlının borcudu".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR