Sizin reklam burada

Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu

Baxış Sayı:477


AVF yığma üzvlərini nəzarətdə saxlayır
Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov haqda danışıb. Təcrübəli mütəxəssis AVF-nin rəsmi “feysbuk” səhifəsinə açıqlamasında bildirib ki, uşaqlığından tanıdığı Mübariz bəylə bağlı saatlarla danışa bilər: “Buna baxmayaraq, fikrimi qısa şəkildə çatdıracam. Onunla bağlı çox gözəl xatirələrim var. Mübariz orta məktəbdə qardaşım Fazillə bir sinifdə oxuyub, elə o illərdən ailəmiz onu çox yaxşı tanıyır. O, mərd, ölkəsini sevən insandı. Fəxrlə deyə bilərəm ki, Mübarizin Azərbaycana olan sevgisi idmanımızdan da yan keçməyib. O, voleybolçularımıza da həmişə lazımi dəstəyi göstərib. Qonşu ölkədə çalışan iş adamı barədə çıxarılan qərardan təəssüf hissi keçiririk”.
Faiq Qarayev özü, qardaşı, ailəsi və voleybol camiəsinin həmişə ona dəstək olduğunu və bundan sonra da olacağını sözlərinə əlavə edib: “Arzulayırıq ki, hər şey uğurla yekunlaşsın”.
Bilindiyi kimi, AVF Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il, saat 00.00-dan etibarən ölkə ərazisində tətbiq olunan qərarına əsasən Azərbaycan çempionatları, ölkədə fəaliyyət göstərən voleybol üzrə bölmələr və klublarda məşqləri dayandırıb. Qurum bununla yanaşı, milli və klub oyunçularını da xüsusi diqqətdə saxlayır. Artıq superliqada və yüksək liqada oynayan komandaların legionerlərinin təhlükəsizliyi nəzərə alınaraq, öz ölkələrinə yola salınıblar. Uçuşların təxirə salınması səbəbindən “Azərreyl”də çıxış edən seneqallı Mbayanq Sek, sloveniyalı Mojça Pene isə hazırda Bakıdadı. Hər iki oyunçuya klub rəhbərliyi lazımı şəraiti yaradıb və uyğun zamanda onların ölkələrinə dönməsinə kömək göstəriləcək. Koronavirus pandemiyası səbəbindən ölkə xaricində çıxış edən millinin bəzi oyunçuları da artıq evlərinə dönüblər. “Əl Nəsr” klubunda çıxış edən Vüqar Bayramovla Andrey Vasilenko hələ də Bəhreyndədilər və çempionatın başa çatmasını gözləyirlər. Dmitri Obodnikov Gürcüstana, Dmitri Baranov isə doğulduğu Rusiyaya qayıdıb. Kişilərdən ibarət yığmanın ölkəmizdə çıxış edən digər üzvləri isə Bakıdadılar. Voleybolçuların vəziyyəti yaxşıdı və millinin həkimləri müntəzəm olaraq onlarla əlaqə saxlayırlar.
Qadınlardan ibarət yığmanın üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək, Bakıya qayıdıb və hazırda evindədi. İsraildə çıxış edən Yuliya Kərimova da artıq vətəndədi və o yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədi. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadı. Bununla belə, çıxış etdikləri ölkədə qalanlar da var. Ayşən Abduləzimova öz istəyi ilə Macarıstanda, Odina Əliyeva və millinin sabiq üzvü Natalya Məmmədova, həmçinin gənc mütəxəssis Ziya Rəcəbov isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar. Alyona Həsənova hazırda Fransada, Polina Rəhimova isə Braziliyadadı. Polşada çıxış edən hücumçu Marqarita Əzizova isə dünən xüsusi reyslə vətənə dönüb və karantinə alınıb. O, müəyyən edilən karantin müddətini keçdikdən sonra evinə yollanacaq. Ölkəmizdə çıxış edən yığmanın digər üzvləri isə hazırda Bakıda evlərindədi.
AVF-nin prezidenti Cavid Qurbanov, vitse-prezidenti Faiq Qarayev və baş katib Cəlil Cəfərov milli komandaların hər bir oyunçusunu xüsusi diqqətdə saxlayır, həkimlərlə məsləhətləşmələr aparır və karantində olanlarla maraqlanırlar. AVF voleybolçuların ölkəmizə qayıtmasında kömək göstərmiş səfirliklərə və digər şəxslərə təşəkkür edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR