Sizin reklam burada

Uayt döyüş üçün yer tapıb, amma açıqlamır

Baxış Sayı:465


İdman dünyasında bütün böyük yarışlar təxirə salındığından gözlər Bakı vaxtı ilə aprelin 18-dən 19-na keçən gecəyə planlaşdırılan Xabib Nurmaqomedov – Toni Ferqyuson döyüşünə yönəlib. UFC 249 şousunun əsas döyüşünün Bruklində keçirilməsinə qadağa qoyulduğundan UFC prezidenti Dana Uayt başqa yer tapmağa məcbur olub: “Döyüşün harda keçiriləcəyini bilirəm. Ancaq hələ deməyə hazır deyiləm. Orda heç bir fanat olmayacaq, tədbir qapalıdı. İnanın mənə, koronavirus peyda olana qədər də iştirakçıların sağlamlığı və təhlükəsizliyi haqda düşünürdük”.
Uaytın bu döyüşun vaxtı ilə bağlı manevr imkanlarını daraldan əsas amil odu ki, dağıstanlı Nurmaqomedov Ramazan ayı (23 aprel – 23 may) dövründə və ondan dərhal sonra qətiyyən oktaqona çıxmaq istəmədiyini bildirib: “Öz bədənimə, onun özünü necə apardığına bələdəm. Bu üzdən Ramazan dövründə və ondan dərhal sonra döyüşmürəm... Bərpa üçün minimum 45 gün lazımdı. Çox yüksək səviyyədə mübarizə apardığımızdan bütün detalları nəzərə almaq lazımdı. Axı bütün gün yemirsən-içmirsən, zədə ehtimalı üzündən sınaq döyüşlərinə çıxmırsan. Ona görə də təşkilatçılara demişəm ki, Ramazana qədər istənilən vaxt döyüşməyə hazıram”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR