PFL açıqladı: azı bir ay futbol olmayacaq
Təqvim baş məşqçilərlə müzakirədən sonra açıqlanacaq
Məlum məsələdən dolayı hər yerdə olduğu kimi, Azərbaycanda da idman oyunları və məşqlər təxirə salınıb. Bu isə o deməkdi ki, premyer-liqanın geridə qalan 8 turunun oyunları, eləcə də ölkə kubokunun yarımfinal və final qarşılaşmalarının vaxtı dəyişdirilməli, yeni təqvim tərtib olunmalıdı.
“Neftçi”, “Keşlə”, “Səbail” və “Sabah” yalnız bir cəbhədə - premyer-liqada mübarizə aparır deyə, bu komandaların 8 oyunu qalıb. Kubok uğrunda yarışan, yarımfinala adlayan “Qarabağ”, “Sumqayıt”, “Zirə” və “Qəbələ” isə istənilən halda 10 oyuna çıxmalıdı. Bunlardan ikisi üçün matç sayı 11 olacaq.
İndiki durumda əsas yük çempionatın keçirilməsinə və təşkilinə cavabdehlik daşıyan PFL-in üzərinə düşəcək. Hələ ki biraylıq fasilə elan olub. Yəni aprelin ortalarına qədər futbola həsrət qalacağımız dəqiqdi. Həmin tarixə qədər koronavirus geniş vüsət almasa, yeni qərarlar qəbul olunmasa, PFL yeni təqvim tərtib etməlidi ki, UEFA-dakı müzakirələrin yekun nəticəsi kimi ölkədaxili yarışlar iyunun 30-na kimi başa çatmalıdı.
Qurumun rəsmi saytı dünən hazırkı durum və gələcək planlarla bağlı məlumat yayıb: “Dünyada geniş yayılmış koronavirus pandemiyasına görə, demək olar ki, bütün turnirlər ya təxirə salınıb, ya da ləğv olunub. Bu pandemiyanın Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli addımlar atılır. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimdi. Bununla bağlı Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutaraq birinci divizionun və premyer-liqanın 14 aprel tarixinə qədər bərpa olunmayacağını açıqlayırıq. Aprelin 14-də tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq.
Qeyd edək ki, UEFA dünən (srağagün – red.) keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix premyer-liqa və birinci divizionun bərpası və başa çatdırılması üçün uyğundu”.
HƏBİB

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər