UEFA srağagün çox məntiqli və praqmatik qərar verdi. Azərbaycan qarışıq 55 ölkənin daxili yarışlarının, eləcə də başa çatmaqda olan qitə kuboklarının taleyini sual altına almaq əvəzinə Avropa çempionatını gələn ilə “sürüşdürmək” bu gün üçün ən optimal addımdı. Əslində növbəti Avropa çempionatını turnirin 60 illiyi şərəfinə 12 müxtəlif ölkədə keçirmək qurumun sabiq prezidenti, futbolçu şöhrətini rüşvət qalmaqallarında yelə verən Mişel Platininin avantürası idi ki, indi də həmin qərar üzündən bir və ya iki yox, yuxarıda göstərilən sayda ölkə təşkilatçılıqla bağlı planlarının suya düşməsindən narahatlıq keçirir.
Azərbaycan da qitə çempionatının təşkilatçılığı tapşırılan 12 ölkədən biri olduğuna görə adam heç bilmir ki, indiki duruma kədərlənsin, yoxsa sevinsin. Əlbəttə, Azərbaycanın - vətənimizin iqtisadi və imic maraqları hər şeydən öndədi və əzizdi. AÇ-nin təşkilatçılığı hər ölkəyə müəyyən para qazandırmaqla yanaşı, həm də həmin ölkənin müəyyən imicinin formalaşmasına, gələcəkdə daha böyük yarışların təşkilatçılığına iddia etməsinə yol açır. Bu mənada qitə birinciliyini qəbul etmək bir çox cəhətlərdən Azərbaycanın imicinə yarayacaq, yığmamız qatılmasa da belə, ölkə futbol bayramının bütün gözəlliklərini yaşayacaqdı.
Amma Çindən başlayan, bütün dünyanı ağuşuna alan koronavirus üzündən bayram ən azı birilliyə təxirə salındı. Təbii ki, kimsə təşkilatçılığı ölkəmizdən alan deyil, Allah canımıza dəyməsə, bir ildən sonra yenə eyni həyəcanı yaşayacaq, yenə qapılarımızı əcnəbilərin üzünə açacağıq. Çox ümid edirəm ki, koronavirus ölkəmizin demoqrafik və iqtisadi qüdrətinə ciddi zərbə vura bilməyəcək, Azərbaycan türkləri sülh və əmin-amanlıq şəraitində yaşamlarını davam etdirəcəklər.
Sadəcə, adamı qəribə şəkildə düşünməyə məcbur edən, əndişələndirən məqamlar da var. Sanki ilahi ədalət, hansısa gözəgörünməz qüvvə Elxan Məmmədova demək istəyir ki, futbolda çoxtirəlik, qütbləşmə yaratmaq ilə bağlı oyun, ideya və iddialarından əl çək, demokratik mühitin yaranmasına yardımçı ol, “bizdən deyilsə, bizə düşməndi” prinsipini unut, Azərbaycanın müxtəlif yaş qrupu üzrə yığmalarının nəticələrinin yaxşılaşdırılmasına xidmət edən fəaliyyətlə məşğul ol. Koronavirus dünyanın hər yerində çoxlu can alsa da, göz yaşlarının axmasına səbəbkar olsa da, sanki bu mənada Elxan Məmmədova müttəfiqlik etdi.
Məmmədov vaxt qazandısa, indi onun mehriban düşməni Ramin Musayev seytnotdadı. PFL-in qarşısında duran əsas vəzifə xüsusi rejim üzündən təxirə salınan ölkə çempionatının 4 turunun oyunları üçün təqvimdə “pəncərə” tapmaq, “axtarış” zamanı kubokun yarımfinal və final oyunlarını da “unutmamaqdı”. Vəziyyətin özəlliyini şərtləndirən səbəb odu ki, PFL bu məsələdə müstəqil qərar vermək səlahiyyətinə malik deyil. Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 14-dən sonra da xüsusi rejimin qalmasına qərar verərsə (Allah eləməsin!), PFL nə edəsidi ki? Aprelin 14-də qadağalar götürülərsə, ölkə kuboku onsuz da ziyan görməyəcək. Axı yarımfinallar aprelin 22-29-na, final isə mayın 16-na təyin olunmuşdu.
Ölkədaxili yarışları vaxtında, yəni futbolçuların əksərinin müqaviləsində yer alan, eyni zamanda qitə kuboklarını normal qaydada təşkil etməyə imkan verəcək iyunun 30-u tarixinə qədər bitirmək üçün bəzi başqa, ilk baxışdan avantür görünən, amma heç kimi narazı salmayacaq variantlar da var ki, təki PFL bunların ümidinə qalmasın. Yəni Azərbaycan aprelin 14-nə qədər bu bəladan xilas olsun ki, həm ölkədaxili yarışlar vaxtında bitsin, həm də adam yenidən futbol həyəcanı yaşasın. Öz aramızdı, futbolu həyat tərzinə, əsas məşğuliyyətə çevirən adamlar üçün indiki durum çox acınacaqlı və sönükdü. O çox yaxşı misaldı ki, adam bir şeyin qədrini onu itirəndə bilir. Adətən, sağlamlıqla bağlı işlədilən bu ifadə elə çörəyə də aiddi, dosta-yoldaşa da, nəhayət, futbola da. Koronavirus bunu bizə acı dildə anlatdı!

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər