“Bunun üçün müraciət lazımdı”
Ötən sayımızda “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu AFFA-nın komandaya biganə münasibətindən şikayətlənmişdi. O, artıq 4 ildi federasiyanın klubun aşağı yaş qrupları ilə maraqlanmadığını söyləmişdi. Hüseyn bəy iddia edir ki, bu müddət ərzində bir dəfə də nə top, nə də geyim məsələsində AFFA onlara kömək edib. O, bu biganəliyə görə “Xəzər Lənkəran”ın U-17 komandasının çempionatda çıxışını dayandıracağını da demişdi.
AFFA-nın aşağı yaş qruplarında çıxış edən komandalara top və forma verdiyindən xəbərdarıq. Bu məsələdə “Xəzər Lənkəran”na qarşı ayrı-seçkilik edilib-edilmədiyini AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevdən soruşduq: “Federasiya 14 yaşına qədər komandaların nəqliyyat xərclərini qarşılayır. U-15 və yuxarı yaş qrupları üzrə liqalara qoşulan komandalar isə bunu özləri etməlidilər. Həmçinin top və forma məsələsində də öhdəlik özlərindədi. Adətən bu liqalarda mübarizə aparan komandalar premyer-liqa təmsilçilərdi. Ancaq AFFA U-14 liqasından müraciət edən bütün komandaları topla təmin edir. Bunun üçün müraciət lazımdı. “Xəzər Lənkəran”dan belə bir müraciət olsaydı, təbii ki, onlara da verilərdi”.
HƏSƏN