Səbuhi Səfiyarlı: “Norveçin vitse-çempionu heç də qapıçı axtarışında olmayıb”
Vaqif Heydərli: “Norveç klublarının büdcəsi milyonlarla avro təşkil edir”

Emil Balayevin Norveç "Bude-Qlimt”i ilə ortaq məxrəcə gələ bilməyib vətənə dönməsi və mövsümün sonuna kimi “Zirə” ilə anlaşdığını ötən saylarımızın birində xəbər vermişdik. Qapıçının Skandinaviyada qalmamasının səbəbi barədə mətbuata açıqlama verən atası Nazim Balayev Norveç klubunun irəli sürdüyü maliyyə şərtlərinin milli üzvünü qane etmədiyini bildirib. Onun sözlərinə görə, "Bude-Qlimt” rəhbərliyi Emilə ayda 3 min avro maaş təklif edib. Bundan başqa, ev və avtomobil xərclərini də “çərçivə qoruyucusu” özü qarşılamalıymış.
Açığı, Nazim bəyin maaşla bağlı söylədikləri bir qədər inandırıcı görünmür. Çünki Norveç nəinki Avropada, dünyada yaşayış səviyyəsinə görə ilk “üçlük”də qərarlaşıb, Skandinaviya yarmadasında yerləşən ölkədə qiymətlər də “əl yandırır”. Agent Erkin İbarhimov ötən saylarımızın birinə verdiyi açıqlamada Osloda təkcə ictimai nəqliyyatda bir gediş üçün 4 dollar ödəmək lazım olduğunu, vikinqlərin vətənində hər şeyin çox baha olduğunu söyləmişdi. Bu isə o deməkdi ki, aylıq 3 min avro ilə Norveçdə yaşamaq çox çətindi. Belə bahalı ölkənin futbolunda da şübhəsiz ki, bizim meyarlara görə çox böyük pullar dövr edir. Böyük ehtimalla klubların büdcələri milyonlarla avro təşkil edir. Belə olan halda "Bude-Qlimt”in legionerə 3 min avro təklif etməsi sözün həqiqi mənasında gülməlidi. Bu üzdən məsələ ilə bağlı futbol təssərüfatında çox şeydən xəbərdar olan, hansı ölkədə futbolçuya ortalama nə qədər maaş verildiyini, klubların büdcəsinin nə qədər olduğunu bilən agentlərin fikirlərini öyrənməyi lazım bildik.
Səbuhi Səfiyarlı: “Düzü, turnir cədvəlinə baxanda, Norveç futbolunda son illəri incələyəndə ötən mövsümün ikincisi olan "Bude-Qlimt”in Emilə 3 min avro əməkhaqqı təklif etməsi inandırıcı görünmür. Ancaq başqa-başqa mənbələrdən əldə etdiyim bilgiyə əsasən, söhbət burda heç maaşın azlığından getmir. Balayevin rus agenti onu aldadıb. Ona deyib ki, birbaşa müqaviləyə gedirsən, Emil ora çatanda isə klub rəhbərliyi baxışa dəvət etdiklərini bildirib. Bizdə də dəfələrlə belə hallar yaşanıb. Millinin də qapıçısı bununla razılaşmayıb. Ola bilsin, klub rəhbərliyi durumu nəzərə alaraq, Balayevi mədəni surətdə yola salmaq üçün 3 min avro maaş təklif edib. Onlar biliblər ki, Emil bu maaşa orda qalmaq istəməyəcək. Norveç elə bir ölkədi ki, orda ən aşağı işdə çalışanlara bəlkə də 3 min avro verirlər. "Bude-Qlimt”lə əməkdaşlıq edən agentlərdən aldığım məlumata görə, klubda maaşlar çox yüksəkdi. Söhbət Norveç ikincisindən gedir, həvəskar liqada çıxış edən hansısa komandadan yox. Ona qarşı edilən hörmətsizliyin qarşılığında Emilin orda qalmayıb müvəqqəti vətənə dönməsini mən də dəstəkləyirəm. Emil geri dönəndən sonra "Bude-Qlimt”i xüsusi olaraq izlədim ki, görüm onun əvəzinə kimi dəvət edəcəklər. Ancaq bu günə kimi heç bir qokiperlə anlaşmayıblar. Bu isə o deməkdi ki, Norveçin vitse-çempionu heç də qapıçı axtarışında olmayıb. Sadəcə, agentlər və ya arada olan bəzi adamlar “tutar qatıq, tutmaz ayran” prinsipi ilə addım ataraq, Emili pis vəziyyətdə qoyublar”.
Vaqif Heydərli: “Burda söhbət təkcə maaşın azlığından getmir. Emilin Norveçə yollanmasında qaranlıq məqamlar yetərincədi. Adətən, belə sövdələşmələrdə futbolçu komandanın düşərgəsinə yollanmamış maliyyə və başqa şərtlər razılaşdırılır. Xırda nüanslar qalır ki, onu da sonradan həll etmək, ortaq məxrəcə gəlmək olar. İstər "Bude-Qlimt”, istərsə də başqa Norveç klubları olsun, onların büdcələri milyonlarla avro təşkil edir. Və Emilə təklif olunan maaşdan qat-qat artıq futbolçularına əməkhaqqı verirlər. Söhbət 15-30 min avrodan gedir. Klub rəhbərliyi bütün əlavə xərcləri üzərinə götürüb, qolkiperin məişət problemini həll etsəydi, bəlkə də qalıb 3 min avroya oynamaq olardı. Ancaq bunun heç birini etmirlərsə, orda qalmağın mənası yoxdu. Norveçdə yaşayış səviyyəsinin necə yüksək olduğunu hamımız bilirik”.
RƏŞAD

Son xəbərlər

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə 4 min manat cərimələdi

Millimizin üzvü: "Çətin olacaq" - MÜSAHİBƏ

Millimiz Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını geridə qoydu

"Kəpəz" Gəncədə hazırlaşır

Çili və Perunun futbol qurumları “Kastilyo işi”ni İAM-a daşıdılar

“Görünür, atasında olan futbol sevgisi ona da sirayət edib” - MÜSAHİBƏ

Bütün xəbərlər