Emil Balayev iki gün öncə “Zirə”yə transfer olundu. Ötən ilin əvvəlində “Səbail”dən “Tobol”a keçən 25 yaşlı qapıçı komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Kostanay təmsilçisindən ayrıldı. “Tobol”dakı uğurlu çıxışından sonra onun karyerasını Avropada davam etdirəcəyi gözlənilirdi. Futbolçunun adı bir neçə xarici klubla yanaşı çəkilirdi. Balayev son olaraq Norveçin “Bude-Qlimt” klubunda baxışda oldu. Amma az məvacib təklif olunması “çərçivə qoruyucusu”nu qane etmədi. Bir müddət Bakıda fərdi məşqlə kifayətlənən qapıçının son qərarı “Zirə” oldu.
Onun bu qərarı futbol ictimaiyyəti, futbol azarkeşləri tərəfindən birmənalı qarşılanmadı. Çoxlarının fikrincə, Emilin Azərbaycana qayıtması səhv addımdı. Potensialı Avropanın ortabab klublarında oynamaq üçün yetərli olan yığma üzvünün premyer-liqaya qayıtması, əlbəttə, karyerasında geriyə addımdı. Bununla yanaşı, Emilin oyun təcrübəsini itirməmək üçün bu addımı atdığı, əsas məqsədinin yenidən legioner həyatı yaşamaq olduğu da hər kəsə məlumdu.
Balayevin məlum qərarı ilə bağlı fikirlərini öyrənmək üçün sabiq qapıçılara müraciət etdik. Vitali Kovalyov Emilin oyun praktikası qazanmaq üçün Azərbaycana qayıtdığını, “Bude-Qlimt”in təklifindən imtina etsə də, yenidən legioner həyatı yaşayacağını dedi: “Emil Balayev ilk növbədə yaxşı, peşəkar qapıçıdı. Məncə, düz qərar verib. Bildiyimə görə, “Zirə” ilə müqavilə 3 aylıq nəzərdə tutulub. Yayda başqa klublara transfer olunmaq daha asandı. Emili tanıyıram, onun əsas fikri hər zaman legioner həyatı yaşamaq, özünü xaricdə göstərmək olub. Onunla çalışmışam, yaxşı tanıyıram. Həm qapıçı, həm də insan kimi necə biri olduğuna bələdəm. Düşünmürəm ki, Azərbaycana qayıtması onun üçün geriyə addım olsun. İlk növbədə Emil millinin qapıçısıdı. Bu da bir növ marka kimidi. Digər tərəfdən isə Qazaxıstana da Azərbaycan çempionatından getdi. O, hələ gəncdi, 25 yaş bir qapıçı üçün böyük yaş hesab olunmur. Düşünürəm ki, yenidən Avropada oynaya bilər”.
Elşən Poladov da Balayevin “Zirə”yə keçidinin praktika qazanmaq məqsədi daşıdığını söylədi: “Düşünürəm ki, hazırda klubsuz qaldığı üçün hansı klubdan təklif alsaydı, onu da qəbul etməliydi. Vacib olan oyun praktikasının itməməsi idi. Nəzərə alaq ki, o, milli komandanın da qapıçısıdı. Formasını itirməmək üçün mütləq hansısa kluba keçməliydi. “Zirə” də pis komanda deyil. Seçim Emilin idi, o da bu klubu seçdi. Norveçdən təklif almışdı, amma orda oynayıb-oynamayacağı məlum deyildi. “Zirə”də isə oynamaq şansı 90 faizdi. Bu, mənim şəxsi fikrimdi”.
AYGÜL

Son xəbərlər

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə 4 min manat cərimələdi

Millimizin üzvü: "Çətin olacaq" - MÜSAHİBƏ

Millimiz Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını geridə qoydu

"Kəpəz" Gəncədə hazırlaşır

Çili və Perunun futbol qurumları “Kastilyo işi”ni İAM-a daşıdılar

“Görünür, atasında olan futbol sevgisi ona da sirayət edib” - MÜSAHİBƏ

Bütün xəbərlər