Sizin reklam burada

Bakıya gələnlərin hər biri yoxlanılacaq

Baxış Sayı:814


Çingiz Hüseynzadə: “Sağlam deyilsə, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq”
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə gündəmi məşğul edən mələlərə toxunub. MOK rəsmisi bəzi turnirlərin təxirə salınmasının idmançıların hazırlıq planına təsir edəcəyini söyləyib: "BOK-un ardıcıl iki gün iclası olub. Orda koronavirus məsələsinə də baxılıb. Tokio Olimpiadası təxirə salınmayacaq, azarkeşsiz keçirilməsi də nəzərdə tutulmur. Hər şey nəzarət altındadı. Olimpiada nəzərdə tutulduğu kimi təşkil olunacaq. Təxirəsalmalar idmançılara təsir edəcək. Amma bu nə bizdən, nə də başqa şəxslərdən asılıdı. Bu üzdən yarışlardan hansısa təxirə salına və ya daha təhlükəsiz yerlərə keçirilə bilər. Amma hamısı baş tutacaq. Nəzərdə tutulan bütün tədbirlər keçiriləcək".
Hüseynzadə koronavirusun geniş yayıldığı İtaliyanın idmançılarının martda Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı ilə bağlı isə bunları deyib: "Bakıya gələn hər bir insan yoxlanılacaq. Hər kəsdən tələb edəcəyik ki, sağlamlıq haqda arayışla gəlsin. Sərhəddə hamı yoxlanılacaq. Sağlamdısa, yarışa qatılacaq, sağlam deyilsə, hansısa şübhəli məqam varsa, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu bizim istəyimiz yox, Ümumdünya Səhiyyə Təşkilatının tələbidi".
Həm də Atletika Federasiyasının prezidenti olan Çingiz bəy rəhbərlik etdiyi sahə ilə bağlı da fikirlərini açıqlayıb: "Üçtəkanla tullanmada Nazim Babayev, çəkicatmada isə Anna Skidan Tokio Olimpiadasına vəsiqə qazanıb. Digər idmançılarımızın da şansları yüksəkdi. Üçtəkanla tullanmada Aleksis Kopello hazırda dünya reytinqində 7-ci pillədə qərarlaşıb. Reytinqə görə də vəsiqə qazananlar olacaq. Onun da Olimpiadada olacağına şübhə etmirəm. Reytinq xarakterli yarışlar iyula qədər davam edəcək. Bu növdə Yekaterina Sarıyeva da lisenziya qazanmağa çalışacaq. Olimpiadada hansısa ölkə üçün limit yoxdu. Normativi yerinə yetirdisə, lisenziya əldə edir. Məsələn, güləşdə və cüdoda idmançının rəqibi insandı. O insandan ya güclüsən, ya da zəif. Atletikada isə sənin rəqibin məsafə, sürətdi. Medal haqda danışmaq çox çətindi. Çünki küləkli və yağışlı havalarda nəticələr fərqli olur. Nazimin medal qazanması ilə bağlı indidən heç nə demək olmur".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR