Sizin reklam burada

“Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq”

Baxış Sayı:673


Nazim Süleymanov AFFA-nın yalanının üstünü açdı
Xəbər verdiyimiz kimi, ötən cümə AFFA veteranlarla görüş keçirdi. Tədbirdə federasiya rəhbərliyinə qarşı müxalif mövqeyi ilə seçilən veteranlar da işirak etdilər. Həmin görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev, İsgəndər Cavadov və Veteranlar İttifaqın sədri Oqtay Abdullayev sədarətdə oturmuşdu. Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanovun da işitrak etdiyi görüşdə danışılanlar böyük marağa səbəb olub. Ötən sayımızda Futbol Veteranları İttifaqının rəhbəri Oqtay Abdullayevlə bu mövzuda danışmışdıq. Bu dəfə isə Nazim Süleymanova tribuna verməyi qərara aldıq: “Bilirsiz ki, son zamanlar veteranların adından Həmkarlar İttifaqına qarşı sərt ittihamlar var idi. Biz də getdik ki, görək bu veteranlar bizdən nə istəyirlər. Mən çıxışım zamanı da söylədim. Oqtay Abdullayevə sual verdim ki, bizdən nə istəyirsən? Bir neçə dəfə bu sualı verəndən sonra qayıtdı ki, “siz başqa, biz başqa qurumuq”. Yaxşı, başqa qurumlarıqsa, sən ortalıqda nə edirsən? Daha sonra yerdən replikalar atıldı. Məsələyə Elxan Məmmədov da qarışdı. O, dedi ki, sizin Həmkarlar İttifaqı yaratmağa səlahiyyətiniz yoxdu. Mən də cavab verdim ki, xeyr, belə deyil. Düzdü, mənim heç kimlə müqaviləm yoxdu. Ancaq mən Azərbaycan futboluna məxsusam. Qanunda təqaüdçülər AFFA-dan təqaüd alıb üzvlük haqqı ödəyirsə, deməli, onlar həmkarlar təşkilatı yarada bilər. Məmmədov bu sözlərimə ilk öncə “hə” dedi. Daha sonra qayıtdı ki, bizim 4 hüquqşunasımız var, sizin buna səlahiyyətiniz çatmır və s. Mən də ona bildirdim ki, yaxşı, biz cənab Prezidentə məktub göndərdik. Oteldə jurnalistlərlə görüşümüz olacaqdı, buna da səlahiyyət lazım idi? Yoxsa bizim gücümüz yoxdu, bəlkə qanunsuz idi? Son zamanlar “Marafon” idman zalında toplaşırdıq. Axırıncı dəfə bizi ora da qoymadılar. Buna da səlahiyyətimiz yoxdu? Bəli, onlarla müqaviləmiz yoxdu. Ancaq Nazim Süleymanov, Asəf Namazov, Səmədağa Şıxlarov , Novruz Əzimov, Samir Ələkbərov ömürlərini Azərbaycan futboluna veriblər. Bəs bunlar kimə məxsusdu - Qafqaz Müsəlmanları İdarəsinə? Bizim qanunla bu təşkilatı yaratmağa hüququmuz var. Bu, ictimai və qeyri-siyası bir təşkilatdı. Biz öz fəaliyyətimizi davam etdirəcəyik. Cənab Prezidentin cavabını gözləyirik. Ola bilər ki, təşkilatçılıqda müəyyən əyər-əskiklər var. Bunlar normaldı, yeni yaranan təşkilatda belə şey ola bilər. Nəzərə alaq ki, biz hələ rəsmi fəaliyyət göstərmirik. Ancaq buna rəğmən, kifayət qədər ciddi işlər görmüşük. Siz axırıncı dəfə nə vaxt görmüşdüz ki, veteranları bir yerə yığsınlar? Məncə, ölkə başçısı tərəfindən gələn bütün cavablar bizim üçün müsbət olacaq”.
Nazim bəy Səmədağa Şıxlarovla bağlı məsələyə də toxundu: “Elxan Məmmədov çıxışında dedi ki, Səmədağa Şıxlarovun əməliyyatına görə pul köçürmüşük. Mən də söylədim ki, xeyr, belə deyil. Xəstəxana ilə AFFA arasında müqavilə bağlanıb. Səmədağa bəy sənədləri özü aparıb federasiyaya verib. Gözləyib ki, yəqin pulu keçirərlər. Daha sonra əməliyyatdan 3 gün öncə Səmədağa bəy zəng vurub xəstəxanaya. Ordan da deyiblər ki, hələ köçürməyiblər. AFFA özü də pulu ödəyəcəyini demişdi. Daha sonra Şıxlarov AFFA-ya bir daha zəng vurub ki, pulu köçürmək lazımdı. Onda deyiblər ki, bizim pulumuz yoxdu. Onun yanında mən olmuşam. İndi mən kimə inanmalıyam? Onlara, yoxsa eşitdiyimə? Orda hərə bir tərəfdən qışqırır ki, köçürüblər. Mən dünən Səmədağa Şıxlarovla bir yerdə olmuşam. Onu xəstəxanaya aparmışdım, müəyyən müayinələr üçün. Yaralarına baxdılar və qalan pulu da ödəyib getdi evinə. AFFA-nın mətbuat katibi pulu ödədiklərini deyib. Yaxşı, siz o qəbzi görmüsüz? Kim görüb, desinlər. Şəffaflığı qoruyursuzsa, qoruyaq. Qorumursuzsa, işimizi bilək. Yaxşı olardı ki, Firuz Abdulla o qəbzi göstərəydi. Və ya yerləşdirəydi AFFA-nın saytına. Deyərdilər ki, buyurun. Vəssalam, biz nə istəyirik ki? Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq. Məsələ bundadı. Azərbaycan futbolunda olan insanlara kömək etməlidilər. Bunlar normal şeylərdi. Sonra deyirlər ki, guya biz qəhrəmanlıq iddiasındayıq. Qəhrəmanlıq burda olmur, müharibədə olur. Sadəcə, yalan danışmaq olmaz. Bir qəbzi göstərə bilmirsiz. Guya özünüzü reklam etmək istəmirsiz? Pulu köçürməmisizsə, nəyi reklam edəcəksiz?! Qəhrəmanlıq etmək istəyən sizsiz. Ancaq onu gedin Qarabağda edin, otaqlarda yox. Oqtay Abdullayev açıqlama verib ki, Nazim Süleymanovla görüşdük-öpüşdük. Xeyr, sadəcə, görüşdük. Salam Allah salamıdı. Ancaq öpüşmək olmaz. Çünki koronavirus yayılıb, qadağandı. Sonra əlavə edir ki, “Elxan Məmmədov konfransda bizə belə bir səlahiyyətimizin olmadığını deyib. Nazim Süleymanov da heç nə söyləməyib”. Ayıbdı axı, ayıdb. Məşqçilər Komitəsi fəaliyyət göstərir. Bunu kim yaradıb, AFFA yaratmayıb?! Mənimlə bağlı mətbuatdan qaçdığımı yazırlar. Qətiyyən belə şey yoxdu. Həmişə mətbuata açıq olmuşam. Heç vaxt da qaçmayacam. Kim istəyirsə, mənimlə danışa bilər. Nə yerin altındayam, nə də göyə çıxmışam”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR