Sizin reklam burada

Nazir Aydını qəbul etdi

Baxış Sayı:623


Gənclər və idman naziri Azad Rəhimov dünən “Aeroflot Open” beynəlxalq turnirinin 14 yaşlı qalibi Aydın Süleymanlını qəbul edib. Rəhimov yeniyetmə şahmatçının uğurunu bu sözlərlə qiymətləndirib: “Bizim əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk “onluğ”a düşməkdi. Moskvada keçirilən “Aeroflot Open” turnirində sənin - 14 yaşlı şahmatçının qələbəsi hər birimizin sevincinə səbəb olmaqla yanaşı, bizə böyük qürur hissi yaşatdı. Bundan sonra da inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq”.
Nazir Aydının qələbəsindən sonra artıq iki şirkətin ona sponsorluq etmək arzusunda olduğunu bildirib. Həmçinin əlavə edib ki, şahmatçının məşqləri, gələcək inkişafı üçün nazirlik və Şahmat Federasiyası tərəfindən lazımi dəstək göstəriləcək.
Görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov, balaca çempionun atası və şəxsi məşqçisi də iştirak edib. Diqqət və qəbul üçün nazirə təşəkkür edən Aydın qələbəsi, turnirin gedişi, rəqibləri, gələcək planları və məşqləri haqda danışıb. Ölkə çempionatına da xüsusi hazırlaşdığını, “Aeroflot Open”dəki qələbəsini bu yarışda da təkrarlamağa çalışacağını deyib. Görüşün sonunda Azad Rəhimov və Mahir Məmmədov Aydına hədiyyə təqdim edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR