Sizin reklam burada

Rauf “Neftçi”nin “Qarabağ”a yaxınlaşmasına mane oldu

Baxış Sayı:3 497


76. Neftçi (Bakı) - Səbail 1:1 (0:0)
30. Aqil Məmmədov - 4,5
18. Tural Axundov - 5,0
6. Voislav Stankoviç - 4,5
5. Anton Krivotsyuk - 5,0
26. Ömər Buludov - 4,0
36. Mamadu Kane - 5,5
8. Emin Mahmudov (k) - 5,0
(17. Rəhman Hacıyev, 86) - qiymətsiz
7. Namiq Ələsgərov - 5,0
(10. Dario Federiko, 78) - qiymətsiz
88. Saman Nərimancahan - 5,0
(93. Soni Mustivar, 64) - 4,5
28. Stiven Jozef-Monroz - 5,0
9. Baqali Dabo - 5,0
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
11. Evangelos Platellas
22. Mirabdulla Abbasov
33. Turan Vəlizadə
40. Vüqar Həsənov
55. İbrahim Əliyev
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Mamadu Kane
1. Aleksandr Rıbka - 6,0
34. Urfan Abbasov - 4,5
55. Adil Nağıyev - 5,0
21. Eriko da Silva - 4,0
13. Şəhriyar Rəhimov - 5,0
14. Rahid Əmirquliyev (k) - 5,5
(77. Ədilxan Qarəhmədov, 85) - qiymətsiz
10. Maykl Essyen - 3,5
(17. Elçin Rəhimli, 16) - 4,5
19. Ruslan Hacıyev - 4,5
(79. Əli Sadıxov, 61) - 5,0
27. Hendrik Ekşteyn - 5,0
7. Fəhmin Muradbəyli - 5,5
11. Rauf Əliyev - 5,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
4. Eltun Yaqublu
8. Lema Mabidi
9. Mirsahib Abbasov
16. Peyman Keşavarz
26. Kamal Qurbanov
30. Murad Qayalı
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Aleksandr Rıbka
Qollar: E.da Silva, 55-öz qapısına (0:1). R.Əliyev, 90+2 (1:1, F.Muradbəyli).
Vərəqələr: R.Əliyev, 16 (qeyri-idman hərəkəti). T.Axundov, 23 (qeyri-idman hərəkəti). Ö.Buludov, 45+1 (qeyri-idman hərəkəti). U.Abbasov, 67 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 69 (hakimin qərarına etiraz). H.Ekşteyn, 74 (qeyri-idman hərəkəti). D.Federiko, 82 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
1 mart. Bakı. Bakcell Arena. 1100 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Tura "Bakcell Arena"da paytaxt derbisi ilə yekun vuruldu. "Neftçi" "Səbail"in ciddi müqaviməti ilə üzləşəcəyini bilirdi. Ona görə yox ki, Bayıl təmsilçisinin "üçüncü qüvvə" ilə münasibətini stimul hesab edirlər. Məsələ burasındadı ki, "Səbail" qış fasiləsindən sonra yetərincə inamlı təsir bağışlayır. Aftandil Hacıyevin komandasının son 4 oyunda uduzmaması və 8 xal toplaması təsadüfi sayıla bilməz...
Bəribaşdan qeyd edək ki, matçın ilk yarısı olduqca maraqsız, cansıxıcı keçdi. Bir yandan "Səbail" müdafiəni düşünüb "oyunpozanlıq" edirdisə, digər tərəfdən hava şəraiti problem yaradırdı.
Oyunda “atəşkəs”i meydan sahibləri pozdu. Belə ki, 8-ci dəqiqədə Jozef-Monroz uzaqdan zərbə ilə Rıbkanı sınağa çəkdi. Ukraynalı təhlükəli zərbənin qarşısını çətinliklə də olsa alaraq, topu kornerə çıxardı. Bir qədər sonra "Səbail" məcburi oyunçu dəyişikliyi etməli oldu. Qasıq nahiyəsində ağrı hiss edən Essyen oyunu davam etdirə bilməyib yerini gənc Elçin Rəhimliyə verdi. Qol vəziyyətləri baxımından kasad olan ilk yarının sonuncu dəqiqəsində "ağ-qaralar" növbəti dəfə qola yaxın oldu. Ancaq Kane 5-6 metrdən "çərşivə"yə düşə bilmədi.
"Neftçi" ikinci hissəyə qolla başladı. 55-ci dəqiqədə Kanenin cərimə meydançasının önündən zərbəsinə ayaq qoyan Eriko topu tora saldı və beləliklə, hesab avtoqol nəticəsində açıldı. Hesabda geri düşdükdən sonra "Səbail" açıq oynamağa başladı. Belədə "Neftçi" daha çox qol fürsəti yaratmağa başladı. Dabo 63-cü dəqiqədə əlverişli imkanı əldən verdi. Daha doğrusu, iki gözəl hərəkətlə müdafiəni sözün həqiqi mənasında yerlə bir edən forvard Rıbka səddində ilişdi. 71-ci dəqiqədə Dabo növbəti dəfə əla şansdan yararlana bilmədi. Namiqin ideal ötürməsindən sonra zərbə mövqeyinə çıxan hücumçu yenə Rıbkanı məyus edə bilmədi.
Artıq çoxları "Neftçi"nin görüşdən 3 xalla ayrılacağını güman etməyə başlamışdı. Ancaq matçın əsas vaxtına əlavə olunan 2-ci dəqiqədə "vurmayana vurarlar" prinsipi işə düşdü. "Səbail" standart vəziyyətdən sonra meydan sahiblərinə şok yaşatdı. Rauf künc zərbəsindən sonra başla fərqləndi. Beləliklə, Füzuli Məmmədovun komandası liderlə xal fərqini 6-ya endirmək fürsətini əldən verdi.
MİRAĞA

Reaksiyalar
Aftandil Hacıyev: "Oyunun çətin keçəcəyini bilirdik. Qışdan sonra məğlub olmayan iki komandadan birinə qarşı oynadıq. Yaxşı çıxış etdik. Əvəzetmədən meydana daxil olan futbolçular ümumi plandan qopmadılar. Hücumda çoxalmağın çətin olacağını anlayırdıq. Son dəqiqədə xarakter göstərdik. Hər bir xal bizim üçün önəmlidi. Futbolçuları göstərdikləri xarakterə və nəticəyə görə təbrik edirəm. Rəqibə də uğurlar arzulayıram. Qoldan sonra fəallığı artırdıq. Standart vəziyyətdən fərqləndik. Sevinirik ki, qolu da Rauf Əliyev vurdu. Bu onun özünəinamını artıracaq. Maykl Essyenin qasıq nahiyəsində ağrı oldu, ona görə əvəzləndi. Müayinədən sonra hər şey bəlli olacaq".
Füzuli Məmmədov: "Çətin olacağını bilirdik. Komandaya bunun üçün tapşırıqlar vermişdik. Sonda bir səhv bizi qələbədən etdi. Topa nəzarət də bizdə idi. Rəqibin son dəqiqələrdə təzyiqi artdı. Oyunçular da hesabı qorumaq istəyirdi. Belə oyunlar olur. Yolumuza davam edəcəyik. Qarşıdakı görüşlərdə qələbə qazanmağa çalışacağıq. Standart vəziyyətlərdə oyunçunu boş buraxmaq yolverilməzdi. Epizodları qola çevirmək lazımdı ki, sonra rahat olsun. Qol vurmayanda stress də artır. Biz komanda şəklində hücuma keçirik. Futbolçular bəzən sonunu gətirə bilmirlər. Bütün oyunları təhlil edirik. Bütün səhvlərə baxacağıq. Buna əsasən növbəti oyunlar üçün heyət müəyyənləşdiriləcək. Səlahət Ağayevlə Aqil Məmmədov keyfiyyətli qapıçıdı. Hər iki qapıçıya güvənirəm".

Gözdən qaçmadı
* Güclü külək tribunanın aşağısındakı reklam lövhələrindən birini yarıya qədər qoparmışdı. Yan xətt hakiminin xəbərdarlığından sonra referi əvvəlcə gözləməyə qərar verdi. Ancaq dərhal da fitini çalıb oyunu başlatdı, paralel olaraq, stadion əməkdaşları qüsuru aradan qaldırdılar.
* Stadionda "Neftçi"nin qolu ilə bağlı anonsda qol müəllifi kimi Kanenin adı çəkildi.
* Rauf Əliyev qol vurduqdan sonra bunu çılğınlıqla qeyd etdi, formasının arxasında əks olunan adını tribunalara tərəf çevirib göstərdi. Sabiq komandasına qol vurduğunu bu şəkildə bayram etməsi normal görünməsə də, hansı şəkildə göndərildiyini nəzərə alsaq, davranışı anlaşılandı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR