Sizin reklam burada

“Ağsu”nun baş məşqçisi mövsümün bitməsini gözləyir

Title
“Ağsu”nun baş məşqçisi mövsümün bitməsini gözləyir
Futbolçular isə divizion klublarına “səpələniblər”
“Ağsu”nun məlum səbəbdən fəaliyyətini dayandırmasından sonra hərə bir tərəfə dağılıb. Hazırda nə klub rəhbərliyindən, nə də federasiyadan bu komandanın aqibəti ilə bağlı bir xəbər var. Heç bərpa olunub-olunmayacağı da bilinmir. Əslində “Ağsu”nun yenidən ölkə futboluna qayıtması heç kimə maraqlı deyil. Hər kəs heç belə bir klub olmayıbmış kimi davaranır. Təbii ki, heç kim Ağsu təmsilçisinin birinci diviziondan uzaqlaşdırılmasına təpki göstərən deyil. Çünki Azərbaycan futbolunda o qədər “kreativ” məsələlər olur ki, hətta bir komandanın fəaliyyətini dayandırması belə gündəmdə uzun müddət qalmır. Bildiyimiz qədər heyətdə qalan 5-6 oyunçu da artıq özlərinə klub tapıblar. Onların hamısı, demək olar ki, divizonun fərqli klublarında çıxış edirlər. Ancaq baş məşqçi Zaur Əsədovdan bir xəbər yoxdu. Prossesin davam etdiyi vaxtda bir neçə dəfə qəzetimizə açıqlama verən Zaur bəy komandanın yaşacağına ümidli olsa da, hər şey əksinə oldu. Açığı, belə durumlar futbolçulara çox az təsir edir. Onlar tezliklə bir komanda tapıb yola davam edirlər. Ancaq baş məşqçinin vəziyyəti bir az çətin olur. Elə təsadüfü deyil ki, işsiz qalan məşqçilər qısa vaxt sonra Elxan Məmmədovun görüşünə yollanıb iş tələb/xahiş edirlər. Zaur Əsədovun da belə bir niyyətinin olub-olmadığını, ümumiyyətlə, hazırda nə iş gördüyünü bilmək üçün özü ilə əlaqə saxladıq: “Yeni bir xəbər yoxdu, sakitlikdi. Hələ ki işsizəm, mövsümün bitməsini gözləyirəm. İşlə bağlı federasiya ilə heç bir əlaqə yaratmamışam. Mövsümün ortasında iş tapmaq çətindi. Düşünürəm ki, növbəti mövsüm nəsə bir variant olar. Oyunçularım özlərinə komanda tapıblar. 5-6 futbolçu qalmışdı, onlar da divizon təmsilçilərinə getdilər. Klub rəhbərliyi ilə də əlaqə yoxdu. Komandanın yenidən bərpa olunması ilə bağlı heç nə deyə bilmərəm. Xəbərsizəm. Bildiyim qədər stadionda təmir işləri gedir. Yəqin ki, nəsə var deyə, təmir edirlər. İş üçün yayı gözləyirəm, başqa yolum yoxdu”.
HƏSƏN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.